Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?

Tarix: 10-05-2024 18:14     Baxış: 4254 A- / A+


   
Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın təsisçisi olduğu “Avrora” mükafatının təqdimetmə mərasimində onun məktubu oxunub.
Manevr.az Publika.az--a istinadla xəbər verir ki, Vardanyanın məktubunu həyat yoldaşı Veronika Zonabend oxuyub və bildirib ki, məktubu Ruben Bakı həbsxanasından göndərib.
Bakıda həbsdə olan separatçıların bütün hüquqları təmin edilir, həmçinin, ailə üzvləri ilə əlaqə saxlanılmasında heç bir problem yoxdur. Lakin Rubenin həbsxanada oturub “beynəlxalq müraciət” hazırlaması və Azərbaycanı ittiham etməsi ehtimalı azdır. İstisna deyil ki, məktubu Rubenin arvadı, yaxud “məsləhətçiləri” hazırlayıb. Məktubun mətni də bu versiyanı gücləndirir.
Ruben məktubunda “yazır” ki, “Avrora” qəhrəmanları sayəsində qondarma “artsax”a köçmək qərarına gəlib və bu, qərarından “qətiyyən peşman” deyil”. Bu o deməkdir ki, Ruben Qarabağa qeyri-qanuni şəkildə köçdüyünü və orada separatizmə dəstək verdiyini açıq şəkildə etiraf edir. Məhz bu detal məktubun Ruben tərəfindən hazırlanmadığını deməyə əsas verir, çünki separatizmə dəstək verdiyini etiraf etməsi azad olunmaq istəyi ilə ziddiyyətlidir.
Görünür, Rubenin əvəzinə məktub hazırlayanlar bütün əməllərinin etirafı ilə nəticələnən siyasi səhv buraxıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar