Xəbər lenti
“Bəzən arxaya dönüb baxmalıdır insan; haradan gəldiyini unutmaması üçün" -Nadir İsrafilov
Nadir İsrafilov
Təhsil mütəxəssisi
Onları unutmayaq ki, sonralar bizi də unutmasınlar.Hər dəfə Ümummilli liderimiz Heydər Əliyevin - «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi.
Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi…»
Bəli, bu qələbə bəzilərinin düşündüyü kimi rusun qələbəsi deyildi, başqa xalqların nümayəndələri ilə birlikdə, həm də Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığının parlaq nümayişi idi.
Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Bir ara “9 may”a biganə münasibət bəsləyəndə, hətta 9 may bayramını ləğv etmək fikrinə düşəndə belə nəzərə almadıq ki, bu müharibə "Böyük Vətən müharibəsi" idi, Vətən uğrunda, bu gün uğrunda gedirdi, vətən övladlarının gələcək xoşbəxtliyi naminə idi. Bu qələbə “Böyük Vətənin” kiçik bir parçasının, böyük tarixinin şanlı bir səhifəsi idi. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə 2-ci qayıdışından sonra bu haqsızlıq aradan götürüldü, ədalət bərpa olundu. Onun veteranlara böyük sevgi və qayğısını Prezident İlham Əliyev qədirbilənliklə davam etdirir, Dövlət başçısı 2003-cü ildən başlayaraq hər il müharibə veteranları ilə görüşür yeni göstərişlər verir, qərarlar qəbul edir.
Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “9 May - bizim ümumi Böyük Qələbə günümüzdür. Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillər müşahidə edirik. Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir.”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.Paylaşımda deyilir: “Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə bütün veteranlarımızı təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar