Xəbər lenti
“Xarici qonaqların azad olunmuş bölgələrə səfərlərinin xüsusi əhəmiyyəti var” – Millət vəkili
“Son günlər istər xarici rəsmi qonaqların, eyni zamanda xarici səyyahlar işğaldan azad edilmiş bölgələrimizə səfərləri bir neçə aspektdən çox əhəmiyyətlidir”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqamasında Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov bildirib.
Millət vəkilinin sözlərinə görə xarici qonaqların azad olunmuş bölgələrə səfərləri ilk növbədə 30 illik erməni işğalının ağır nəticələrinin canlı göstərilməsi baxımından vacibdir: “Onlar erməni işğalının bölgədə yaratdığı vəziyyəti, erməni vandalizmini öz gözləri ilə görmək imkanı əldə edirlər. Çəkdikləri foto və videolar, həmçinin, yazı və qeydləri vasitəsilə bir sıra dairələr işğalın nəticələrini çatdırmaq imkanı qazanırlar”
A.Məmmədov xarici qonaqların, həmçinin, turistlərin azad olunmuş bölgəyə səfərinin, bu bölgədə gələcəkdə xarici investisiyaların cəlbi və turizmin inkişafı baxımından da əhəmiyyətli olduğunu sözləyib: “Hazırda azad olunmuş ərazilərdə geniş infrastruktur işləri həyata keçirilir. Böyük Qayıdışa start verilib və bu proses uğurla həyata keçirilir. Bəllidir ki, həmin ərazilər həm turizm, həm də təbii sərvətlər baxımından çox zəngidir. İqtisadi potensialı çox yüksəkdir. Bu baxımdan, xarici iş adamlarının bölgəyə cəlb edilməsi, investisiya axını üçün bu cür toplu səfərlərin təşkili olduqca effektivdir. Xarici qonaqların bölgələrə səfərləri davamlı təşkil edilməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar