Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış politoloq deputatlığa namizəd olacaq

Tarix: 03-05-2024 18:31     Baxış: 3270 A- / A+

Azərbaycanda keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak etmək qərarına gəlmişəm.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Azərbaycanda yaxın aylarda parlament seçkiləri keçiriləcək. Hazırlıqlar başlayıb. Keçmiş illərdə bu barədə düşünmürdüm. Uzun illər jurnalist və köşə yazarı kimi fəaliyyət göstərmişəm, təxminən 25 ildir analitik fəaliyyətlə məşğulam, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri olaraq bülletenlər hazırlayır və mediada yayımlayırıq. Hadisələri izləmək və bunların əsasında analizlər hazırlamaqdan, fikirlərimi ictimaiyyətə çatdırmaqdan zövq alıram.
Bu dəfə parlament seçkilərində gücümü sınamaq barədə düşünürəm. Ətrafımdakı insanlar da bu qərarla bağlı mənə dəstək verdiklərini bildirirlər. Ona görə əgər namizədliyimi irəli sürməyə qərar versəm, böyük ehtimalla doğma Ağdamı seçəcəm. 119 saylı Ağdam kənd seçki dairəsində namizədliyimin qeydə alınmasına çalışacam. Niyə məhz Ağdamı seçmişəm? Əslimiz Şuşanın, indi isə Xocalının Malıbəyli kəndindən olsa da, babam sonrakı illərdə Ağdama köçüb, atam, əmilərim, bibilərim bu şəhərdə doğulublar, özümün də uşaqlıq illərimin bir hissəsi Ağdamda keçib”, - politoloq bildirib.
Elxan Şahinoğlu qeyd edib ki, Ağdam qəhrəman şəhərdir, Birinci Qarabağ Müharibəsindəki döyüşlərdə ən çox itki verən bölgələrimizdəndir:
“Ağdam yenidən qurulur və Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək. Bu işlərdə mən də əlimi daşın altına qoymaq istəyirəm. İlk növbədə yerli əhalinin problemlərini dinləmək istəyirəm. Yerli əhali əsasən kənd təsərrüfatında çalışır, məhsullarının satışı ilə bağlı problemlər var. Millət vəkili seçiləcəyim təqdirdə həmin problemlər və onların həlli yollarını diqqətdə saxlayacam. Ağdamın şəhid ailələri və qazilərin nümayəndələri ilə görüşəcəm, onların fikir və təkliflərini öyrənəcəm. Çünki ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişiksə, buna görə dövlət başçısına, şanlı ordumuza və döyüşlərdə şəhid və qazi olanlara borcluyuq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar