Xəbər lenti
Müşfiq Məmmədli: "Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında mühüm məqamlara toxundu"

"Prezident İlham Əliyev 1 may tarixində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında bir sıra mühüm məqamlara toxundu.
110 ölkədən nümayəndələrin iştirak etdiyi Forumda Prezident İlham Əliyev dünyada baş verən münaqişələr, qeyri-sabitlik məkanları və yeni təhdidlərin yaranması barədə xəbərdarlıq edərək, Azərbaycanın bu məsələlərin həllində öz təcrübəsinə diqqət çəkdi. Ölkənin coğrafi mövqeyi və çoxmədəniyyətli cəmiyyəti ilə mədəniyyətlər qovuşduğu bir məkan olduğunu ifadə etdi. Azərbaycan daxilində müsbət mədəniyyətlərarası dialoq, multikulturalizm, və milli maraqların qorunmasının önəmini vurğuladı".
Manevr.az bildirir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib:
"Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatında çoxtərəfliliyi təşviq etdiyini, pandemiya zamanı peyvənd millətçiliyinə qarşı çıxdığını və yeni müstəmləkə tendensiyalarına müqavimət göstərdiyini qeyd etdi.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin etdiyi çıxış Azərbaycanın qlobal miqyasda sülh və stabilliyin təşviqində mühüm bir rol oynadığını təsdiqləyir. Bu forum mədəniyyətlər arası anlaşmanı gücləndirərək, qarşılıqlı hörmət və tolerantlığın təminatı yolunda vacib bir platforma kimi xidmət edir. Azərbaycanın çoxtərəfliliyə və multikulturalizmə verdiyi önəm, bütün dünyanın üzləşdiyi çətinliklərlə mübarizədə birlik və bərabərlik mesajı verir. Nəticədə, bu forum, dünyanın müxtəlif bölgələrindən gələn nümayəndələrin bir araya gəlməsi və ortaq məsələlər ətrafında müzakirələr aparması üçün mühüm bir imkan yaratmış oldu", millət vəkili qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar