Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan münasibətləri: Dostluq, qardaşlıq əlaqələrinə söykənir – Millət vəkili

Tarix: 26-04-2024 19:58     Baxış: 3194 A- / A+


Qırğız Respublikasının prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri mühüm önəm kəsb edir. Bu səfər ölkələrarası münasibətlərin xarakterini bir daha təsdiq etdi. Qırğızıstanla Azərbaycan arasında tarixi və qırılmaz bağlar mövcuddur. Bu sarsılmaz bağlar sözsüz ki, münasibətlərin inkişafında başlıca amil kimi önə çıxır.

Manevr.az bildirir ki, bunu  Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Qırğız Respublikasının prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi birgə bənatda da tarixi əlaqələrdən, bu günki səviyyədə olan münasibətlərdən, perspektiv planlardan bəhs olundu: “Bu bir reallıqdır ki, Azərbaycanla Qırğız Respublikası arasında qarşılıqlı fəaliyyət gündəliyi kifayət qədər genişdir. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçirilib. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərir. Həmçinin hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətlidir. Sözsüz ki, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Bütün bunlar ona dəlalət edir ki, hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir və bu istiqamətdə böyük hədəflərə malikdir”.

Deputat bildirib ki, Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirməsi qardaş dəstəyi hesab olunur: “Bu təbii ki, Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Həmçinin Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişlidir. Mədəniyyət sahəsində də ölkələrimiz sıx təmasdadır. – Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri keçiriləcək. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı isə böyük mədəni hadisə idi. Bütün bunlar iki ölkə arasında fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətinin barzi nümunəsidir”.

Millət vəkili hesab edir ki, Azərbaycanla Qırğızıstan arasında imzalanan sənədlər, “Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” və digər əldə edilmiş razılaşmalar zəruri münasibətlərin xarakterini göstərən mühüm amildir: “Prezident İlham Əliyev Bakıda görkəmli qırğız yazıçısı, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışının iki ölkə arasında dostluğun, qardaşlığın, birliyin rəmzi olacağını söyləyib. Sözsüz ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir. Azərbaycan hər zaman Qırğızstanla münasibətlərə böyük önəm verir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar”.

Aqil Məmmədov vurğulayıb ki, Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: “Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Bundan sonra isə ölkələrimiz arasında əlaqələrin istiqamətdə yeni bir mərhələ başlayır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar