Xəbər lenti
Ermənilərin dünən etdiyini unutmayacağıq…

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan reallıqdan çıxış edərək “soyqırım” üzərindən siyasətin yanlış olduğunu və bunun qonşularla münasibətlərinə mənfi təsirindən danışır:
“Buna rəğmən, baş nazir polisinə iki dövlətin bayrağının yandırılmasına mane olması əmrini vermir. Sülhdən və əməkdaşlıqdan danışan Paşinyan radikalların əl-ayağını yığışdırmalı, kilsəyə yerinə göstərməlidir ki, gələcək sülh və əməkdaşlığa təhlükə yaranmasın. Ermənistan hökuməti və polisi bayraqlarımızın yandırılmasına seyrçi qalmaqda davam edəcəklərsə, Paşinyanın çox arzuladığı sülhə təhlükə yaranacaq.
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan artıq neçənci dəfədir ki, Ermənistan hökumətinə və ermənilərə mesaj göndərərək bildirib ki, Errmənistanda yaşayanlar xaricdəki erməni lobbisinin alətinə çevrilməsinlər. Erməni lobbisini Ermənistan və bu ölkədə yaşayan ermənilərin taleyi maraqlandırmır. Nikol Paşinyan ölkəsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyini anlasa da, bunu ermənilərin tamamı haqqında söyləmək mümkün deyil. Erməni lobbisi və Ermənistandakı radikallar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədirlər. Bunlar anlamırlar ki, Ermənistan iki böyük qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan nə təhlükəsizilik məsələrini həll edə, nə də inkişaf edə biləcəklər. Deməli, erməni lobbisinə və radikallara Ermənistanın təhlükəsizliyi və inkişafı lazım deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar