Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Tarix: 24-04-2024 11:57     Baxış: 4172 A- / A+
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verdi.
Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamladı.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar