Xəbər lenti
Daşnaklar Paşinyanı ömürlük həbslə hədələdi... -Qazaxın kəndlərinə görə...

Bu barədə Ermənistanın XIX əsrin sonlarından bəri Türkiyə Azərbaycandakı türklərə, müsəlmanlara qarşı terrorla məşğul olan "Daşnaksütyun" partiyasını üzdəniraq ali orqanı bəyanat yayıb.
"Birtərəfli güzəştlər gündəminə qarşı Tavuşda formalaşan xalq müxalifətinə dəstəyini ifadə edərək qeyd edirik:
Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi sərhədin delimitasiyası komissiyası yaradılmasının hüquqi əsaslarına görə məsləhətçi orqandır və Ermənistan Respublikasından başqa dövlətə və ya Ermənistan Respublikasının dövlət sərhəd xəttini müəyyən etmək, hər hansı ərazinin Azərbaycan Respublikasının suveren yurisdiksiyasına verilməsi ilə bağlı razılıq vermək və ya qərar qəbul etmək səlahiyyətinə malik deyil.. Bunun əksi isə səlahiyyətdən sui-istifadə və cinayət əməlidir". - bəyanatda daha sonra belə deyilir.
Bəyanatda daşnaklar həmçinin Baş nazir Nikol Paşinyanı ömürlük həbslə hədələyirlər:
"Biz Nikol Paşinyana və prosesdə iştirak edən bütün şəxslərə elan edir və xəbərdarlıq edirik ki, referendum olmadan Ermənistan Respublikasının suveren yurisdiksiyasında olan hər hansı ərazinin dəyişdirilməsi (başqa dövlətə verilməsi) və ya bu istiqamətdə həyata keçirilən hər hansı hərəkət yalnız etibarsız deyil, həm də Ermənistan Respublikasının konstitusiya quruluşuna zidd sayılır və dövlətin təhlükəsizliyinə qarşı ömürlük həbslə cəzalandırılan xüsusilə ağır cinayətdir" moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar