Xəbər lenti
Onlar əfv olunmaq istəyir

28 May - Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir.
Manevr.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, bir neçə il əvvəl korrupsiya cinayətlərinə görə məhkum edilmiş bir sıra məmurlar da bağışlanmaq istəyir.
Belə ki, əfv ərizəsi yazanlar arasında ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri olmuş Vüqar Səfərli, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Mahir Quliyev və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması - Bərpası və İnkişafı İdarəsinin keçmiş rəhbəri Zakir Sultanov da var.
Mahir Quliyevin vəkili Ceyhun Yusifov saytımıza bildirib ki, 4 ildir həbsdə olan müvəkkili ağır xəstəlikdən əziyyət çəkir. Xüsusilə bu səbəbdən onun ailəsi tərəfindən də əfv olunması üçün müraciət edilib.
Məlumat üçün bildirək ki, 2021-ci ildə həbs edilən Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum olunub. Mahir Quliyev və Zakir Sultanov isə 2020-ci ildə həbs ediliblər. Eks-icra başçısına 11 il, Xidmət rəisinə isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının üzvləri müraciətlərə baxarkən ağır cinayətdə ittiham olunan şəxslərin cəzasının yarı hissəsini çəkməsi əsas götürülür. Buna baxmayaraq, cəzasının yarısını çəkməyən şəxslər də əfv edilə bilər. Əvvəllər bu cür hallar olub.
Qeyd edək ki, əfv hüququ Prezidentin müstəsna səlahiyyətləri sırasına daxildir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar