Xəbər lenti
Azay Quliyev Türkiyədə mühüm müzakirələrdə - FOTOLAR
ATƏT Parlament Assambleyasının xüsusi missiyası Türkiyədə səfərdədir. Nümayəndə heyəti iyunun 7-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bekir Bozdağla görüş keçiriblər.
Manevr.az xəbər verir ki, bu haqda ATƏT PA-nın rəsmi facebook səhifəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, ATƏT PA- nın vitse prezidentləri Azay Quliyev və George Seretelinin iştirak etdiyi görüşlərdə Türkiyədə mövcud ictimai-siyasi vəziyyət, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada prezident Rəcəb Tayib Ərdoğan, baş nazir Binali Yıldırımla keçirilən görüşlərin nəticələri, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlər, ATƏT PA ilə Türkiyə arasında dialoq və əməkdaşlıq imkanlarının genişləndirməsi müzakirə olunub.
Türkiyə rəsmiləri Türkiyənin İŞİD, PKK və FETÖ terror təşkilatları ilə üz üzə qaldığı, 3 milyon suriyalı miqranta ev sahibliyi etdiyi və bütün bu problemlərin Türkiyə üçün yaratdığı çətinlikləri qeyd ediblər.
Keçən ilin iyulunda çevriliş cəhdindən sonra fövqəladə vəziyyətin tətbiqinə qərar verildiyi bildirilib.
Bu gün ATƏT Parlament Assambleyasının xüsusi missiyasının CHP lideri Kamal Kılıçdaroğlu, MHP, HDP liderləri və digər rəsmi şəxslərlə görüşü baş tutacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar