Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qafqaz Əvəzoğlunun 70 Illik Yubileyi qeyd edildi -ŞƏKİLLƏR

Tarix: 15-04-2024 21:25     Baxış: 3241 A- / A+


Sumqayıt şəhərində Azərbaycan Jurnalistlər Birliyi Şərqi Zəngəzur Regional təşkilatının sədri, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Bərgüşad”  qəzetinin Baş redaktoru, Suleyman Rəhimov adına Ədəbi-ictimai Birliyin rəhbəri, “Sözün sehri” qəzetinin təsisçisi, şair-publisist Qafqaz Əvəz oğlu Dəmirovun 70 illik yubileyi keçirildi.  

Manevr.az
xəbər verir ki, yubiley gecəsini tədbirin təşkilatçısı - Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, tanınmış şair Rafiq Oday açaraq, tədbir iştirakşılarını salamlamış, Qafqaz Əvəzoğlunun həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir.
Sonra tədbiri idarə etmək dəyərli söz adamı, şair-publisist Xaqani Abbasəli Öztürkə həvalə olunmuşdur.  

Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan bölməsinin rəhbəri, Birlik sədrinin müşaviri Sayman Aruz çıxış edərək yubiliyarı təbrik etmiş və təmsil etdikləri qurumların rəhbərliyi adından Qafqaz Əvəz oğlu Dəmirova diplom və fəxri fərman təqdim etmişlər. Tədbirin boyu respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov, Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri, tanınmış şair Namiq Dəlidağlı, respublikanın Əməkdar artistləri İzaməddin Bağırov və Nazir Rüstəm, Əməkdar mədəniyyət işçisi, tanınmış xalçaçı-rəssam Fazil Abbasquluzadə, şairlərdən Əvəz Mahmud Lələdağ, Asif Asiman, Firdovsi Cəfərxan, Xan Rəsuloğlu, İmadəddin Səlim, Mahir Sarıyev və digər qələm dostları çıxış edərək Qafqaz Əvəz oğlu Dəmirova sağlam can və yeni yaradıcılıq uğurları arzulamışlar.


Manevr.az






















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar