Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda gündəm dəyişdi - Paşinyan “soyqırımı”ndan imtina edir?

Tarix: 15-04-2024 16:17     Baxış: 3312 A- / A+

Ermənistan Baş naziri Nikol Paşinyan “soyqırımı” (qondarma olayla bağlı – red.) sözünü işlətməkdən imtina etməyib.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.
Jurnalistlər Paşinyanın son çıxışlarında heç vaxt “soyqırımı” ifadəsini işlətməməsinə diqqət çəkiblər. Media nümayəndələri Ovannisyandan bunun məqsədli şəkildə edilib-edilmədiyini soruşublar.
Hakim partiyanın deputatı jurnalistlərin sorğu-sual formasını bəyənməyib və əsəbi cavab verib.
“Hakim komandanın gündəmində belə bir məsələ yoxdur. Sualınızı anlamadım. Nə danışırsınız?”, – Ovannisyan bildirib.
Eyni zamanda, o, nə Ermənistan hökumətinin qondarma soyqırımı, nə də baş nazirin bu ifadədən imtina etdiyini vurğulayıb.
Ermənistan parlamentinin komitə sədri Andranik Köçəryan bundan əvvəl Paşinyanın qondarma soyqırımı ilə bağlı irəli sürülən rəqəmlərə inanmadığını açıqlayıb. Onun sözlərinə görə, baş nazir bu rəqəmin doğruluğunu isbat etmək istəyir. Köçəryanın açıqlaması Ermənistan geniş müzakirə mövzusuna çevrilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar