Xəbər lenti
Deputatlıqdan yüksək vəzifəyə gedənlərin SİYAHISI
Azərbaycanda rəhbər vəzifələrə təyin olunan bəzi məmurların yolu Milli Məclisdən keçib. Onlar arasında deputat olanlar da var. Bu gün isə Milli Məclisin 6-cı çağırış deputatı Ramin Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Manevr.az unikal-a istinadən yüksək vəzifəyə təyin olunan deputatların siyahısını təqdim edir:
Rövnəq Abdullayev
2005-ci ilin noyabr ayında deputat seçilən Rövnəq Abdullayevə bir neçə gün sonra yüksək vəzifə verilib. Parlamentari həmin ilin 9 dekabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti təyin edilib. 2022-ci ildə isə həmin vəzifəsindən azad edilərək iqtisadiyyat nazirinin müavini təyin edilib. Milli Məclisin III, IV və V çağırış deputatı seçilən Rövnəq Abdullayev bir neçə gün öncə AFFA prezidenti vəzifəsindən də ayrıldı və onu hazırda SOCAR-ın prezidenti olan Rövşən Nəcəf əvəzlədi.
Əli Əhmədov
Yolu Milli Məclisdən keçən yüksək vəzifəli məmurlardan biri də Baş nazirin müavini Əli Əhmədovdur. O, Milli Məclisin ikinci, üçüncü və dördüncü çağırış deputatı seçilib. Prezident İlham Əliyevin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Baş nazirin müavini təyin edilib.
Mübariz Qurbanlı
Milli Məclisin birinci, ikinci, üçüncü və dördüncü çağırış deputatı seçilən Mübariz Qurbanlıya 2014-cü ildə vəzifə verilib. O, 21 iyul 2014-cü ildən 14 fevral 2024-cü il tarixinədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləyib.
Cavid Qurbanov
Parlamentin III, IV və V çağırış deputatı seçilən Cavid Qurbanova isə 2015-ci ildə vəzifə verilib. Belə ki, C.Qurbanov həmin ilin 9 fevral tarixində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sədri təyin edilib. 24 may 2022-ci ildə isə həmin vəzifəsindən azad edilərək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyinat alıb.
Rövşən Rzayev
Milli Məclisin IV çağırış deputatı olan Rövşən Rzayev Prezident İlham Əliyevin 2018-ci ilin 21 aprel tarixli sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.
23 aprel 2018-ci il tarixində isə Prezident İlham Əliyevin sərəncamları ilə 3 deputata vəzifə verilib. Onlar Muxtar Babayev, Vüsal Hüseynov və Fuad Muradovdur.
Muxtar Babayev
Milli Məclisin IV (2010-2015-ci illər) və V (2015-2019-cu illər) çağırış deputatı olan Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.
Vüsal Hüseynov
Parlamentin V çağırış deputatı olan Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.
Fuad Muradov
Milli Məclisin IV və V çağırış deputatı olan Fuad Muradov isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. O, həmçinin Milli Məclisin Gənclər və İdman komitəsinin sədri olub.
Əhəd Abıyev
Sabiq deputatlar arasında icra başçısı təyin olunanlar da var. Belə ki, Milli Məclisin I, II və III çağırış deputatı olan Əhəd Abıyev 23 fevral 2011-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2023-cü ildə isə icra başçısı vəzifəsindən azad olunub.
Elşad Həsənov
2015-2019-cu illərdə Milli Məclisin deputatı olan Elşad Həsənov Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rüstəm Xəlilov
Bundan başqa, Milli Məclisin III (2005-2010) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) çağırış deputatı Rüstəm Xəlilov Prezident İlham Əliyevin 4 dekabr 2019-cu il tarixli sərəncamı ilə Rüstəm Xəlilov Hacıqabul rayonuna icra başçısı təyin olunub.
Zahid Oruc
Hazırda millət vəkili olan Zahid Oruc 2 fevral 2019-cu il tarixindən etibarən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədridir.
Bahar Muradova
12 mart 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilən Bahar Muradovanın da yolu parlamentdən keçib. Belə ki, Bahar Muradova Milli Məclisinin II, III, IV və V çağırış deputatı seçilib.
Valeh Ələsgərov
Milli Məclisin III (2005-2010) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) çağırışının deputatı, parlamentin sədr müavini olan Valeh Ələsgərov Prezident İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin olunub. O, prezidentin 22 may 2020-ci ildə imzaladığı digər sərəncamla Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.
Şahin Seyidzadə
Milli Məclisinin VI çağırış deputatı Şahin Seyidzadə isə 3 mart 2022-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub.
İsa Həbibbəyli
74 yaşlı deputat İsa Həbibbəyli də bir müddət əvvəl yeni vəzifəsini icrasına başlayıb. Belə ki, İ.Həbibbəyli 25 oktyabr 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti seçilib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar