Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLDİ

Tarix: 08-04-2024 12:17     Baxış: 4182 A- / A+



"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sabiq sədri Cahangir Əsgərov daha bir vəzifədən azad edilib.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, bir neçə ildir Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutan C.Əsgərov bu yaxınlarda təhsil ocağındakı vəzifəsini itirib.
Cahangir Əsgərovun adı Milli Aviasiya Akademiyasının saytından da çıxarılıb. Belə ki, saytda hazırda Avianəqliyyat istehsalatı kafedrasının müdirinin texnika üzrə fəlsəfə doktoru, dosent Elman Nəcəfov olduğu bildirilib.
Qeyd edək ki, bu kafedranın daxil olduğu Nəqliyyat texnologiyaları fakültəsinin dekanı vəzifəsini Nazim Nağıyev icra edir. N.Nağıyev Bakının Səbail və Binəqədi rayonlarının sabiq polis rəisi işləyib, istefada olan polkovnikdir.
AZAL-ın keçmiş sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına 2023-cü sentyabrın 1-də son qoyulub. O, ölkə başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin sədri idi. 27 il AZAL-a rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar