Xəbər lenti
Qırğızıstan cinayətkar qrupun beş üzvünü Azərbaycana təhvil verib

Bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat Mərkəzi məlumat yayıb.
“Əməliyyat-istintaq tədbirləri zamanı həmin şəxslərin həqiqətən də cinayətkar qruplaşmalarla əlaqəsi müəyyən edilib. Onların Qırğızıstan Respublikasının vətəndaşları üçün təhlükə yaratması ilə əlaqədar, həmçinin hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqaviləyə əsasən Azərbaycanın dövlət qurumlarının müraciəti əsasında Manas Beynəlxalq Hava Limanı (Bişkek) ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib”, - məlumatda deyilir.
Mətbuat mərkəzi xatırladıb ki, martın 20-də Azərbaycanın beş vətəndaşı cinayətkarlıq ideologiyasını yaymaq və gücləndirmək, o cümlədən cinayətkarlıq ideologiyasını, habelə xüsusilə ağır cinayət - sifarişli adam öldürmək məqsədi ilə Qırğızıstana gedib.
Qırğızıstan tərəfinin fikrincə, onların hamısı transmilli mütəşəkkil cinayətkar qrupun üzvləridir və mütəşəkkil cinayətkar qruplaşmanın qanunsuz fəaliyyəti ilə bağlı qanunsuz hərəkətlərdə iştirak edirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar