Xəbər lenti
“Qarabağ – həsrətdən zəfərə” kitabının təqdimatı oldu

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair-publisist Rəfail Tağızadənin “Qarabağ – həsrətdən zəfərə” kitabının təqdimatı keçirildi.
Manevr.az bildirir ki, tədbiri Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid açaraq şair-publisist Rəfail Tağızadə “Qarabağ – həsrətdən zəfərə” kitabında Qarabağın həsrət və zəfərini xüsusi, hiss və duyğularla yazdığını qeyd edərək bu kitabın işıq üzü görməsi münasibəti ilə müəllifi Yazıçılar Birliyinin sədri Anar müəlimin və rəhbərliyin adından təbrik etdi və onu da qeyd etdi ki, kitabdakı yazıların əksəriyyəti Azərbaycan radiosunda səsləndirilib. Sonra tədbiri aparmaq üçün sözü Yazıçılar Birliyinin katibi İlqar Fəhmiyə verdi.
İlqar Fəhmi Rəfail Tağızadənin yaradıcılığı və “Qarabağ – həsrətdən zəfərə” kitabının özəlliklərindən - kitabdakı esse, publisistlik yazılardan və onlara uyğun şeirlərin verilməsinin fərqliliyindən danışaraq müəllifin şəhidlərə həsr etdiyi şeirdə bayrağımızı yeni ifadə formasında təqdim etməsinin diqqət çəkdiyini bildirdi. Sonra söz çıxışçılara verildi.

Sonda müəllif Rəfail Tağızadə təqdimata gələnlərə öz təşəkkürünü bildirərək Şuşaya bayraq sancan Şuşa fatehi, gizir Yaşar Hüseynova tədbirə qatıldığı və o müqəddəs məqam üçün xüsusi minnətdarlığını bildirdi.
Elman Abbasov
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar