Xəbər lenti
"Ermənilərin atəşkəsi pozması intensivləşəcək" - ŞƏRH
“Ermənistanın atəşkəsi pozmaq ehtimalı daha da artacaq. Çünki ermənilər belə hesab edir ki, Brüssel görüşündə müqavilə imzalanıbsa, Azərbaycan onların atəşkəsi pozmasına ciddi reaksiya verməyəcək. Amma yanılırlar”.
Manevr.az xəbər verir ki, bunu Bakupist.az -a açıqlamasında politoloq Samir Hümbətov deyib.O, Azərbaycanın bütün prosesləri ciddi nəzarətdə saxladığını deyib:
“Azərbaycan Prezidenti də elan etdi ki, istənilən təxribata qarşı preventiv tədbirlər görülür. Düzdür, Ermənistan tərəfi fikirləşə bilər ki, biz Brüsseldə üçtərəfli müqavilə imzaladıq və tam təminat altına alınmışıq. Amma belə deyil. Əgər onlar Azərbaycana qarşı hər hansı təxribat törətələr, dərhal cavabları veriləcək".
Politoloq qeyd edib ki, erməniləri ruhlandıran səbəb Brüssel görüşündə hərb sahədə əldə olunan razılaşmalardır:
"Amma nə ABŞ, nə də Avropa İttifaqı açıqlamalarında onu qabartmadılar. Məlum məsələdir ki, anlaşmanın gizli bəndlərində İrəvana hərbi dəstəyin verilməsi məsələsi var. Yəni razılaşma təkcə iqtisadi məsələlərlə bağlı deyil. 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqı tərəfindən onsuz da Ermənistana iqtisadi yardımların edilməsi məsələsi gündəmdə idi. Amma Avropa İttifaqının birdən-birə Azərbaycan-Ermənistan şərti dövlət sərhədinə “sülhməramlı” missiyası gətirməsi açıq şəkildə göstərir ki, məqsəd başqadır. Ermənilər də düşünür ki, üçtərəfli müqavilə imzaladığımız üçün təhlükəsizliyimiz qorunacaq və istədiyimiz təxribatı həyata keçirəcəyik”.
S.Hümmətov qeyd edib ki, bölgədə təxribatların baş verməsində maraqlı olan dövlətlər var:
“Onların da bu məsələlərdə əlinin olması istisna edilmir. Bu baxımdan düşünürəm ki, Ermənistanın atəşkəsi tez-tez pozması imzalanmış müqaviləyə görədir. Həm də bəzi dövlətlər var ki, Ermənistanı mütəmadi şəkildə Azərbaycanla müharibəyə cəlb etməyə çalışır, bölgədə kövrək sakitliyi pozmaq və təhlükəli tendensiyanın yaranmasına şərait yaratmaq istəyirlər. Onlar bu prosesdə əsas fiqurlar hesab olunurlar və Ermənistanı irəli verməklə bölgəni yenidən müharibə vəziyyətinə gətirməyə çalışırlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar