Xəbər lenti
Aqil Məmmədov: “İşğal günlərini daim xatırlamalıyıq”

Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov deyib.
Millət vəkili bildirib ki, digər rayonlarımız kimi, Kəlbəcərin də işğal səbəbləri eynidir: “Bir tərəfdən illərlə yaxşı silahlanmış ermənilərin işğalçı hərəkətləri, digər tərəfdən o zaman ölkədə mövcud olan özbaşınalıq və xaos, siyasi çəkişmələr, hakimiyyətin səriştəsizliyi Kəlbəcərin işğalına zəmin yaratdı. İşğal ərəfəsində, bir il əvvəl ermənilər yerli əhalinin gözünü qorxutmaq üçün Ağdaban qətliamını törətmişdilər. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində 130 evdən ibarət kənd tamamilə yandırıldı. Kəndin 779 nəfər dinc sakininə müxtəlif işgəncələr verildi, 67 nəfər isə amansızlıqla qətlə yetirildi”.
Ermənistanın öz çirkin əməllərini 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra da davam etdirdiyini deyən A.Məmmədov bildirib ki, ermənilər Kəlbəcərin işğalı zamanı oranı tar-mar edib, rayonun əmlakını talayaraq Ermənistana daşıyıblar. Ermənilər məcbur qalıb Kəlbəcəri tərk edəndə də öz məkrli, alçaq xislətini ortaya qoyaraq yaşadıqları evləri yandırdılar, meşələri qırıb odununu daşıdılar: “Biz indiki qələbələrimizlə yanaşı, rayonlarımızın işğal günlərini də unutmamalı, hər zaman xatırlamalı, dünyaya bəyan etməliyik”.
Deputat vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunması, 44 günlük Vətən müharibəsində böyük Qələbəmiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin, dövlətimizin başçısı olduğu 17 illik dövrdə səmərəli və gərgin fəaliyyətinin bəhrəsidir. Azərbaycanın beynəlxalq müstəvidə böyük nüfuzu, güclü ordu quruculuğu Qələbəmizi şərtləndirən amillərdir.
A.Məmmədovun sözlərinə görə turizmin inkişafı üçün Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları ölkəmizin iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır: “Dövlətimizin başçısı işğaldan azad edilən bölgələrin, o cümlədən Kəlbəcərin də bərpası, yenidən qurulması və gələcək inkişafı üçün lazımi göstəriş, tapşırıq və tövsiyələrini verib. İnşallah, torpaqlarımızın azadlığı kimi, bu işlər də tezliklə öz həllini tapacaq. Dövlətimizin gücü və qüdrəti sayəsində tezliklə yerli əhali Kəlbəcərə qayıdacaq. Artıq, bu yöndə intensiv işlər aparılır”.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar