Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan sərhədimizə ordu yığmır? – İrəvan özünü ifşa etdi

Tarix: 31-03-2024 15:13     Baxış: 3310 A- / A+

Ermənistan Müdafiə Nazirliyi ötən gün qoşunlarının Arazdəyən istiqamətindən Kərki kəndinə doğru hərəkətini əks etdirən görüntülər barədə açıqlama yayıb.
Manevr.az xəbər verir ki, Ermənistan MN yayılan görüntülərin həqiqəti əks etdirmədiyini iddia edib.
Bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində son əməliyyat vəziyyəti stabildir və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmür:
“Dünən, martın 30-da təlim prosesi çərçivəsində avtoyürüş keçirən işə götürülən sürücülərin fotoşəkilləri bir sıra teleqram kanallarında yayılaraq, bunu qoşunların hərəkəti kimi təqdim etməyə çalışırlar”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi fevral ayında açıqlama yayaraq, 1 aprel-28 iyun tarixləri arasında ehtiyatda olan 4799 hərbi qulluqçunu təlimə çağıracağını elan etmişdi. Yəni ehtiyatda olanların təlimi hələ 1 apreldə başlayacaq, ona görə də 30 martda “təlim prosesi çərçivəsində işə götürülən sürücülərin avtoyürüşü” məntiqi özünü doğrultmur.
İkincisi, “təlim keçirən sürücülərin avtoyürüşü zamanı” hərbi maşınlar əsgərlərlə dolu olmur.
Üçüncüsü, zirehli texnikanın, o cümlədən tankların daşınmasının da “təlim keçən sürücülərin avtoyürüşünə” heç bir aidiyyəti yoxdur. Videodan isə ağır texnikanın daşındığı görünür.
Dördüncüsü, niyə təlim keçən sürücülər məhz sərhədimizə doğru hərəkət edirlər? Ermənistanda “təlim keçiləcək” başqa yol yoxdurmu?/axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar