Xəbər lenti
Aygün Bəylər ölkədən gedib
Adı qohumu Elnur Hümmətovun ölümündə hallandırılan əməkdar artist Aygün Bəylər (Hümmətova) Azərbaycandan gedib.
Bu barədə sənətçinin telefonuna cavab verən şəxs bildirib. Özünü Aygün Bəylərin dostu kimi təqdim edən kişi qeyd edib ki, əməkdar artist on gündən çoxdur ölkədə yoxdur və nə zaman geri dönəcəyi bəlli deyil.
Xatırladaq ki, Aygün Bəylərin adı qohumu Elnur Hümmətovun ölümündə hallandırılır. Belə ki, əməkdar artistin qardaşı Abbas Hümmətov E.Hümmətovun ölümündə şübhəli bilinərək saxlanılıb. Mərhumun anası Səadət Hümbətova isə müsahibəsində qeyd edib ki, Aygün Bəylər (Hümmətova) Elnur Hümmətovun Abbas Hümmətov tərəfindən öldürüldüyünü bilirmiş.
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.(Ölkə.Az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar