Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hikmət Hacıyev Çinlə əlaqələrdən danışdı

Tarix: 21-03-2024 14:15     Baxış: 3128 A- / A+


   
Çin ilə Azərbaycan arasında əlaqələr Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bəri həmişə yaxşı olub və bundan sonra da bu münasibətlər yüksələn istiqamətdə inkişaf edəcək. Azərbaycan Çin ilə bütün sahələrdə əməkdaşlığın inkişafına qətiyyətlə sadiqdir.
Manevr.az xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, xüsusən də Azərbaycan tərəfinin “vahid Çin” siyasətini dəstəkləməsi nəzərə alınmaqla, siyasi əlaqələr həmişə ən yaxşı səviyyədə olub.
İqtisadi əlaqələrə gəlincə, H.Hacıyevin sözlərinə görə, Çinlə əməkdaşlıq və Çin şirkətlərinin fəal iştirakı Azərbaycanın uğur hekayəsinin tərkib hissəsi olub: “Azərbaycan “yaşıl inkişaf” və rəqəmsal transformasiyanı özünün milli prioritetlərindən biri kimi müəyyən edib. Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Orta Dəhliz əlavə əhəmiyyət kəsb edir. Həmçinin, bir çox digər sahələrdə, o cümlədən mədəni, humanitar və beynəlxalq institutlarda əməkdaşlıqda Çin və Azərbaycanın baxışları üst-üstə düşür. Ənənəvi əlaqələrə, əməkdaşlığa və dostluğa əsaslanaraq, biz bu əməkdaşlığın davamını gözləyirik”.
Çinə səfərinin yekunlarından danışan H.Hacıyev vurğulayıb ki, bu, ikitərəfli münasibətlərin davam etdirilməsinə və genişlənməsinə daha da inam verir: “Mən çinli tərəfdaşlarımıza minnətdaram ki, Azərbaycanın əməkdaşlığı inkişaf etdirmək niyyəti Çindən də eyni cavabı alır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar