Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Xalqımız Novruz bayramını bütöv Azərbaycanda qarşılayır” – Millət vəkili

Tarix: 20-03-2024 10:28     Baxış: 4144 A- / A+



“Novruz bayramı Azərbaycan xalqının milli mənəvi dəyərləri içərisində xüsusi yeri olan bir bayramdır. Bu bayramın kütləviliyi, təbiətlə bilavasitə bağlı olması, dünyanın daha geniş coğrafiyasını əhatə etməsi, Novruzun həm də bəşəri bir dəyər olduğunu göstərir. Ümumbəşəri dəyərləri, habelə sülhü, barışığı tərənnüm edən Novruz bayramı hər zaman cəmiyyətdə həmrəyliyə, birliyə xidmət edib. Bu xüsusiyyətləri bu gün də xalqımız öz arasında təbliğ edir”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, Ulu öndər Heydər Əliyev hər zaman Novruz bayramına xüsusi münasibətini nümayiş etdirib: “Ulu öndər Novruz bayramı haqqında bildirirdi ki, “Bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.” Ümimilli liderin Novruzla bağlı vurğuladığı bu prinsiplər əsasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Eyni zamanda qeyd etmək yerinə düşər ki, məhz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir”.
A.Məmmədovun sözlərinə görə artıq bir neçə ildir Ermənistanın işğalından azad edilmiş ərazilərdə Novruz tonqalları yandırılır. Bu Novruz isə onunla fərqlinir ki, ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində bu bayram keçirilir. Xalqımız Novruz bayramını bütöv Azərbaycanda qarşılayır. Cənab Prezidentin Xankəndində bayram mesajında qeyd etdiyi kimi, Azərbaycan xalqı bundan sonra əbədi olaraq o torpaqlarda yaşayacaq və Novruz bayramını layiqincə qeyd edəcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar