Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

İlyas Əliyev vəfat etdi - Foto

Tarix: 06-06-2017 10:22     Baxış: 3585 A- / A+
İlyas Əliyev vəfat etdi

Azərbaycan Milli Aviasiya Akademiyasının sabiq rektoru, professor İlyas Musa oğlu Əliyev vəfat edib.
O, 74 yaşında dünyasını dəyişib.

İ.Əliyev son illər "Təfəkkür" universitetinin Nəqliyyat və tətbiqi mexanika kafedrasının müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, İ.Əliyev 1943-cü il iyunun 1-də Qazaxıstan Respublikasının Cambul vilayətində anadan olub. 1959-cu ildə orta məktəbi bitirib. 1962-1971-ci illərdə SSRİ Mülki Aviasiya Nazirliyinin Riqa Mülki Aviasiya Xüsusi Məktəbində, sonra isə Odessa Ali Dənizçilik Məktəbində təhsil alıb. 1983-cü ildə namizədilik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1993-cü ildən fizika-riyaziyyat elmləri doktorudur. 1971-1978-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının “Fizika” İnstitutunda mühəndis qrup rəhbəri, “Kosmik tədqiqatlar elmi istehsalat birliyində” laboratoriya və şöbə müdiri vəzifələrində işləmişdir. Dörd ildən çox “Təcrübə sınaq” zavodunda direktor, daha sonra üç il “Kosmik tədqiqatlar elmi istehsalat birliyinin” xüsusi konstruktor texnoloji bürosunun direktoru vəzifələrində çalışıb.

1985-1992-ci illərində “Kosmik tədqiqatlar elmi istehsalat birliyinin”, “Təcrübə sınaq” zavodunun direktoru, baş direktorun istehsalat işləri üzrə müavini, “Kosmik tədqiqatlar elmi istehsalat birliyində” baş mühəndis vəzifələrində işləyib. 1992-1996-cı illərdə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olub.

2000-ci ildən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində kafedra müdiri və fakültə dekanı vəzifəsində işləyib.

70-dən çox elmi məqalə, 8 ixtira və 7 patent müəllifidir.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar