Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda mühəndis təminatı bölmələrinin hazırlığı - VİDEO

Tarix: 19-03-2024 20:21     Baxış: 3363 A- / A+
Naxçıvanda mühəndis təminatı bölmələrinin hazırlığı - VİDEOƏlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir.
 
Müdafiə Nazirlyindən bildirilib ki, müasir ümumqoşun döyüşündə mühəndis təminatı manevr bölmələri tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün əlverişli şəraitin yaradılması, onların məhvetmə vasitələrindən qorunması səviyyəsinin yüksəldilməsi, həmçinin düşmənə mühəndis döyüş sursatları ilə itki verilməsi və onun fəaliyyətinin çətinləşdirilməsi məqsədi ilə təşkil edildiyi üçün mühəndis təminatı bölmələrinin şəxsi heyətinin hazırlığının daim yüksək səviyyədə saxlanılmasını tələb edir.
 
Keçirilən məşğələ, toplantı və təlimlərdə əsas diqqət şəxsi heyətin nəzəri biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, onların döyüş sahəsində fəaliyyət zamanı praktiki vərdişlərinin möhkəmləndirilməsinə, tapşırıqların icrası zamanı yüksək dözümlülük, dəqiqlik, qorxmazlıq və özünəəminlik kimi keyfiyyətlərin aşılanmasına yönəldilir.
 
Praktiki məşğələlər zamanı düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatı, mühəndis maneələrinin qurulması və saxlanılması, maneələrdən və dağıntılardan keçidlərin açılması, ərazi və obyektlərin minalardan təmizlənməsi, maskalanma və düşmənin aldadılması kimi tapşırıqların icrası, eləcə də şəxsi heyətin fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır. Bu məqsəd ilə keçirilən məqbullarda prinsipiallıq əsas meyar olaraq götürülür.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar