Xəbər lenti
Kəndlər boşaldıldı: Təhvil verilmə prosesi belə olacaq
Azərbaycan tələbi odur ki, Ermənistan işğalda saxladığı kəndləri vaxt itirmədən boşaltsın. Sözsüz ki, bu proses də məntiqi sonluqla bitəcək. Bunun başqa alternativi yoxdur. Təbii ki, bu prosesin əleyhinə çıxmaq, sülh prosesini pozmaq Ermənistan üçün yaxşı heç nə vəd etmir.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O qeyd edib ki, Nikol Paşinyan nəhayət boş-boş danışmaqdan imtina edib real addım atmalıdır: “O, hamıya sülh və digər vacib məsələlərin həlli üçün söz verir. Amma ortada heç bir iş yoxdur. Çünki qorxur. Nədən, kimdən qorxur? Bu başqa bir məsələdir. Hətta gün ərzində Paşinyan bir-birini təkzib edən bəyanatlar səsləndirir”.
Partiya sədri hesab edir ki, artıq Ermənistan tərəfindən addım atılması üçün zaman yetişib:
“Hələ də işğalda saxlanılan Azərbaycan kəndləri təhvil verilməlidir. Hazırda erməni tərəfi həmin kəndlərin boşaldıldığını iddia edir. Belə bir fakt varsa, kəndlər əsl sahibinə qaytarılmalıdır”.
Millət vəkili İran-Ermənistan münasibətlərinin indiki halda proseslərə mümkün təsirini də dəyərləndirib:
Asim Mollazadə NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və burada keçirilən görüşlərin, verilən mesajların önəminə də toxunub:
“Bu bir reallıqdır ki, bu gün Azərbaycan NATO-ya lazımdır. Azərbaycan qardaş Türkiyə ilə Şuşa Bəyannaməsindən sonra silahlı qüvvələrini NATO standartlarına uyğun şəkildə inkişaf etdirir. Sözsüz ki, Azərbaycan bunu davam etdirəcək. Azərbaycan Ordusu ən müasir silah və hərbi texnikalarla təchiz olunacaq. Eyni zamanda NATO bu bölgədə Azərbaycanın önəmini yaxşı dərk edir. Məhz Azərbaycanın dəstəyi ilə NATO Əfqanıstandan çıxa bildi. Həmin əməliyyat zamanı NATO-ya ən böyük dəstəyi Azərbaycan verdi. Ona görə də, NATO üçün Azərbaycanın əhəmiyyəti böyükdür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar