Xəbər lenti
Ermənistan-Azərbaycan sərhədində hasar çəkilir? - Açıqlama
Manevr.az xəbər xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib.
“Mən bura ona görə gəlmişəm ki, delimitasiya prosesi bəzi yaşayış məntəqələrimiz üçün müəyyən problemlər yarada bilər. Amma digər tərəfdən, vəziyyətin elə olduğunu söyləməyə gəldim ki, delimitasiya və demarkasiya prosesinə Bağanısdan (Bağanıs Ayrım – Qazaxın kəndi) başlamalıyıq.
Delimitasiya odur ki, xəritədə sərhədin koordinatlarını müəyyənləşdiririk, sonra demarkasiyaya gedirik, bundan sonra o yerdə durub deyirik ki, Ermənistan burada başlayır və ya bitir.
Ermənistanın ərazi bütövlüyünü düzəltmək bizim üçün vacibdir. Bizim bu gün regionun bir sıra ölkələri ilə problemimiz ondan ibarətdir ki, onlardan razılaşmaya əsasən Ermənistanın ərazi bütövlüyünü tanımasını istəyirik. Amma başqalarının bunu tanımasını istəyiriksə, ilk növbədə özümüz tanımalıyıq. Gəlmişəm deyəm ki, gələcəyimizi qurmağın yeganə yolu budur”, - baş nazir bildirib.
Paşinyan Azərbaycanla sərhəd məsələsinin həllinin vacib olduğunu vurğulayıb:
Baş nazir sərhədin müəyyən edilməsindən sonra Ermənistanla Azərbaycan arasında hasarın çəkilib-çəkilməyəcəyi ilə bağlı suala belə cavab verib:
“Sərhədiniz varsa, qanuni hasarınız var, fiziki hasarın olub-olmamasına da qərar verilə bilər. Vəziyyət elə ola bilər ki, birlikdə qərara gəlirik ki, lazımdır, ya yox”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar