Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan-Gürcüstan münasibətləri vacib qonşuluq və tərəfdaşlıq üzərində qurulub – Millət vəkili

Tarix: 19-03-2024 10:53     Baxış: 3148 A- / A+



Martın 16-da Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri iki qonşu dövlət arasında münasibətlərin inkişafında mühüm amil hesab olunur. Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və tarixi dostluq əlaqələri mövcuddur. Ölkələr siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Bu mənada hər iki dövlət və xalq bir çox sahələr üzrə sıx əməkdaşlığa malikdir. Azərbaycanla Gürcüstan bu gün bütün sahələr üzrə çox uğurla əməkdaşlıq edir. Ölkələr arasında mövcud olan siyasi, iqtisadi münasibətlər xalqların əsrlərdir davam edən mehriban qonşuluq əlaqələri üzərində qurulub.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinə mühüm töhfə hesab olunur: “Azərbaycanla Gürcüstanın həyata keçirdiyi nəqliyyat, enerji layihələri digər ölkələr üçün böyük önəm kəsb edir. Azərbaycan enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə rolunu oynayır. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan-Gürcüstan birlikdə irimiqyaslı enerji və nəqliyyat layihələri icra edir. İcra olunan bu layihələr regiondan keçən yük axınının həcmini artmasına imkan formalaşdırır. Eyni zamanda bu gün Azərbaycanla Gürcüstan birgə təşəbbüslərlə özlərinin iqtisadi inkişafını təmin edir”.
Deputat bildirib ki, Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli faktor hesab olunur: “Bu xüsusda Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdir. Məhz Azərbaycan qazı Gürcüstan üzərindən onun vasitəsi ilə bir neçə ölkəyə ixrac olunur. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb. Bu say sözsüz ki, getdikcə daha da artacaq. Ölkəmizin malik olduğu enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Azərbaycan qazına Avropa qitəsində olan tələbat ildən-ilə artacağı gözlənilir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda vurğulayıb ki, “Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstanla Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu fonunda Gürcüstanın tranzit ölkə kimi vasitəçiliyi vacib əhəmiyyət kəsb edir”.
Aqil Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji strategiyası ölkəmizin dünyada rolunu və önəmini artmış olur: “Azərbaycan bu gün dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional faktora çevrilib. Müasir tələblər və çağırışlara uyğun olaraq Azərbaycan-Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığa malikdir. Gürcüstanın və Azərbaycanın bərpaolunan enerji istehsalı ilə bağlı potensialı böyükdür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğurlu layihələr məhz yaşıl enerji strategiyasında vacib rol oynayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar