Erməni jurnalist Voskan Sarkisyan Ermənistan baş nazirinin Tavuş sakinləri ilə görüşünün təfərrüatlarını açıqlayıb.
Manevr.az xəbər verir ki, jurnalist görüşlə bağlı təassüratlarını bölüşüb:
“Əgər əvvəllər Nikol Paşinyan Voskeparda isti qarşılanırdısa, bu dəfə onu çox soyuq qarşçıladılar. Paşinyan zala daxil olanda zaldakıların yarısı yerlərindən qalxmağa belə lüzum görmədilər. Mədəniyyət Evində baş tutan görüşdə Voskepar, Bağanis və Voskevan kəndlərinin sakinləri iştirak edirdi. Görüşdə baş nazirin müavini Mher Qriqoryan, Tavuş qubernatoru Hayk Qalumyan, Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan, həmçinin Voskevan, Voskepar və Bağanis icmalarının rəhbərləri də iştirak ediblər”.
Jurnalist bildirib ki, iclas iştirakçıları Nikol Paşinyanın sözlərindən hiddətləniblər:
“Paşinyan kənd sakinlərinə bildirib ki, əvvəllər azərbaycanlıların yaşadığı 4 kəndin əraziləri Azərbaycana verilməlidir, əks halda müharibə başlayacaq . “4 kəndin təslim olmasından sonra Azərbaycanın bir daha sərhəddə irəliləməyəcəyinə, müharibəyə başlamayacağına dair hər hansı təminat varmı?” sualına cavab olaraq Nikol Paşinyan heç bir təminatın olmadığını deməklə kifayətlənib”.
Paşinyan deyib ki, bu 4 kəndlə bağlı 3 variant var: “Kəmdləri təslim etmək, təslim olmamaq, ya da Azərbaycanla müharibə etmək. Sonuncu halda Türkiyə Azərbaycanın tərəfindən müharibəyə girəcək”.
Görüş iştirakçıları hesab edirlər ki, Nikol Paşinyan Türkiyənin adını çəkməklə Voskepar sakinlərini qorxutmağa və kəndlərin təslim edilməli olduğuna inandırmağa çalışıb. Voskepar sakinləri 4 kəndin Azərbaycana verilməsindən sonra Ermənistanla Gürcüstan, İcevan və Noyemberyan arasında nəqliyyatın hərəkətinin pozulacağından narahat olduqlarını, baş nazir isə dağlardan keçən Yenokavan-Cucevan yolunun çəkiləcəyini bildirib.konkret.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar