Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: "Azərbaycan hər zaman sülhün tərəfdarıdır və bu belə olaraq da qalacaqdır"

Tarix: 18-03-2024 12:52     Baxış: 3250 A- / A+
Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə dayanan   və  hər il Bakıda keçirilən və müxtəlif mövzuları əhatə edən müzakirələrə ev sahibliyi edən Bakı Qlobal Forumunun fəaliyyəti mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa, yaranmış probləmlərin həlli üçün daha effektli yolların tapılmasına imkan verir. Bu baxımdan dünyanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsindən , biliyindən, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsindən istifadə etməsinə ehtiyacı var. 
 
Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib:
"XI Forumda 68 ölkədən olan 400dən çox qonağın iştirak etməsi Forumun böyük əhəmiyyət daşıdığını və eyni zamanda böyük intellektual potensiala sahib olduğunu bir daha sübut edir. Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsi və dünayanın bu ədalətsiliyə, beynəlxalq hüququn pozulmasına susqun qalması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə hər zaman danışırdıq və bu məsələnin həmişə dünyanın diqqət mərkəzində olmasını istəyirdik. Aparılan təhlillər  münaqişənin həlli üçün yaradılan Minsk qrupunun əsas məqsədinin problemi həll etmək deyil, Azərbaycanı bu işğalla barışmaq olduğunu söyləməyə əsas verir. Bir çox dövlətlərdən gələn mesajla münaqişənin hərbi yolla olmaması barədə idi. Və bu da bizi ərazilərimizin iyirmi faizində separatçı rejimin var olması ilə razılaşmaq məqsədi daşıyırdı və təbii ki, biz heç vaxt buna razılıq verə bilməzdik. İşğal edilmiş torpaqlarımızı sülh yolu ilə azad etmək çabalarımız təəssüf ki, cavabsız qaldı və bir dədə-baba yurdumuzu hərbi yolla azad etdik. Lakin qeyd etməliyik, Vətən müharibəsindən sonra bütün Qafqazda sülhün yaranmasına heç vaxt bu qədər yaxın olmamışıq." 

Deputat qeyd edib ki, Azərbaycan hər zaman sülhün tərəfdarıdır və bu belə olaraq da qalacaqdır:
"Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dəstəkləyən, Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən, lakin öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışan Fransa dövlətinə Əhmədiyyə Cəbrayılovun (Armed Mişel) II Dünya müharibəsində fransa müqavimət hərəkatına qoşularaq fransızlar üçün faşist Almaniyasına qarşı savaşmasını xatırlatmaq istərdik.  Azərbaycan heç bir halda heç bir işğalla barışmayıb, ədalət və haqq üçün istər hərb meydanında, istərsə də siyasət meydanında ləyaqətlə, şərəflə savaşıb və savaşır", M.Məmmədli vurğulayıb. 

Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar