Xəbər lenti
Vəssalam! Azərbaycanda pensiyalar bundan sonra belə veriləcək
Bu gün Milli Məclisin Əmək və sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitəsinin birgə iclası keçirilib.
İclasda Azərbaycanda bir sıra sahələr üzrə ödənişlərin nağdsız qaydada həyata keçiriləcəyinə dair qanunvericiliyə dəyişikliklər edilməsi müzakirə olunub.
Bununla bağlı "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik təklif edilir.
Belə ki, qanunun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları) maddəsinə yeni məzmunda əlavə edilir.
Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.
Bundan başqa, "Turizm haqqında" qanununa da eyni məzmunlu dəyişiklik edilir. Qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə bu hissə əlavə edilir: Turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir.
"Sosial müavinətlər haqqında" qanuna da dəyişiklik təklif olunur. Bu qanunun 10-1.1 (Müavinətlərin ödənilməsi qaydaları) maddəsinə dəyişikliyə əsasən, nəzərdə tutulmuş müavinətlər (aylıq müavinət, dövlət qulluqçularına ömürlük müavinətyaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət) tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir.
"Sosial sığorta haqqında" qanunun 14-cü (Məcburi dövlət sosial sığorta haqqı) maddəsində dəyişiklik edilir. Belə ki, indiyədək hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilirdisə, bundan sonra, yalnız nağd qaydada ödəniləcək. "Məşğulluq haqqında" qanunun 21.4-cü (Sosial yardım üçün təminatlar) yalnız nağdsız qaydada həyata keçiriləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.(modern.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar