Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: "Azərbaycan və Qazaxstanı bir çox dəyərlər birləşdirir"

Tarix: 16-03-2024 16:02     Baxış: 4221 A- / A+
Azərbaycan və Qazaxstanı sadəcə ortaq maraqlar deyil, eyni soy-kök və ortaq tarix birləşdirir. Böyük və qədim bir millətin iki qolu, soyu olduğumuz üçün qürur duyuruq. 
Manevr.az bildirir ki, bunu Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib:
"2004-cü ildə Qazaxstanda Azərbaycan Respublikasının səfirliyinin, 2008-ci ildə isə Astana şəhərində baş konsulluğun fəaliyyətə başlaması ilə Azərbaycan və Qazaxstan dövlətləri arasında əməkdaşlıq daha da böyümüş və hal-hazırda inkişaf etməkdədir. Ötən il SOCAR ilə “KazMunayGaz” arasında imzalanan yol xəritəsi isə əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar yaratmışdır. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər həm Azərbaycanın, həm də Qazaxstanın inkişafına təkan verir, dövlətimizin regionda enerji mərkəzinə çevrilməsini sürətləndirir.

Ölkə başçısı İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə, xüsusilə Türk dövlətlərinə səfərləri dövlətimizlə bu dövlətlər arasında əlaqələrin ikişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına böyük töhfələr verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il noyabrın 2-də Türk Dövlətləri Təşkilatının “Türk əsri” çağrışı altında keçirilən 10-cu yubiley görüşündə iştirakı, Qazaxstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ötən ilin noyabr ayında Bakıda keçirilən  BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının Zirvə görüşündə iştirak etməsi iki qardaş xalqın əməkdaşlığının bariz nümunəsidir.

Qazaxstan dövləti Türk dövlətlərindən biri kimi hər zaman Azərbaycanın yanında olmuş, apardığımız haqq savaşında hər zaman bizə öz dəstəyini göstərmişdir. Bu münasibət, dəstək indi də davam etməkdədir. İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxstan hökuməti tərəfindən Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsini yüksək qiymətləndiririk və əminik ki, bu mərkəz iki qardaş xalqın birliyinin və dostluğunun simvolu olacaqdır", deputat qeyd edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar