Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yerli tanınmışlardan kim oruc tutur? - ŞƏKİLLƏR

Tarix: 14-03-2024 11:02     Baxış: 4261 A- / A+


 
Ramazan ayının ilk günlərini yaşayırıq. Müşahidələr göstərir ki, oruc tutanların sayı əvvəlki illərə nisbətən daha çoxdur. Bəziləri namaz qılmasalar belə, Ramazan ayında vacib buyurulan əməlləri yerinə yetirməyə çalışırlar.
Ramazanda məşhurların oruc tutub-tutmaması həmişə müzakirə mövzusudur. Həmçinin, bu ayda toylar, şənliklər azaldığından sənətçilərin nə işlə məşğul olduqları, necə dolandıqları da maraq doğurur.
Manevr.az bildirir ki, oxu.az-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.
Aktrisa Çimnaz Sultanova ilk gündən oruc tutduğunu qeyd edib:
1189961 (1).jpg (28 KB)
"Ramazanın ilk günündən orucam. Çox gözəl aydayıq. Allah hər kəsə ruzi-bərəkət bəxş etsin. Tutulan oruclar, edilən ibadətlər qəbul olsun".
Müğənni İradə İbrahimova hər kəsə bərəkətli Ramazan arzulayıb:
1189961(2).jpg (31 KB)
"Bəli, hər il olduğu kimi, çox şükür, bu il də oruc tutmaq nəsibim oldu. Hər kəsə xeyirli, bol ruzi və bərəkətli Ramazan arzu edirəm. İslamın beş şərti var: şəhadət, namaz qılmaq, oruc tutmaq, zəkat vermək və həccə getmək. Oruc tutmaq Allahın icazəsini almaq üçün yerinə yetirdiyimiz ibadətdir. Bədənin sədəqəsi kimi düşünmək lazımdır.
Lakin səhhətində problem olanlar, davamlı dərman qəbul edənlər, yaşlılar və çətin işlərdə işləyənlər oruc tuta bilməzlər. Allah tutulan orucları, edilən dualarımızı qəbul etsin. Allah hər kəsə öz ruzisini göndərir".
Xalq artisti Bilal Əliyev illərdir, oruc tutduğunu dilə gətirib:
1189961(3).jpg (31 KB)
"İşlərim qaydasındadır. Hər şey əladır. Hazırda orucam. 1993-cü ildən oruc tuturam. Allah hamını düz yola çəksin. Orucun xeyrini görürəm. Ramazan ayının gəlişini səbirsizliklə gözləyirəm. Mən ancaq oruc tutmaqla bədənimi, orqanizmimi sağlamlaşdırıram".
B.Əliyev bütün işlərini Ramazan ayına saxladığını qeyd edib:
"Mən hər işimi proqrama salmışam. Bütün görüləcək işlərimi Ramazana saxlayıram. Ailəmi, kasıb adamları ziyarət edirəm. Bütün işlərimi orucluqda edirəm. Toylar olmur. Mən də səmərəli keçirməyə çalışıram. İbadətlə məşğul oluram".
Müğənni Manaf Ağayev dərman qəbul etdiyi üçün oruc tuta bilmədiyini bildirib:
1189961(5).jpg (45 KB)
"Müəyyən səbəblərdən oruc tuta bilmirəm. Dərman qəbul edirəm. Amma oruc tutanlara iftar süfrəsi verirəm. Həmişə də vermişəm. Ailə üzvlərim oruc tuturlar".
M.Ağayev toy olmadığı üçün Ramazan ayında yaradıcılıqla məşğul olduğunu söyləyib:
"Yeni mahnılarım çıxacaq. Onların üzərində işləyirəm. Yaradıcılıqla məşğulam. Hər işi bu aya saxlayırıq".
Aktrisa Məleykə Əsədova bu ayda teatrların fəaliyyətinə davam etdiyini bildirib:
1189961(7).jpg (42 KB)
"Ramazan ayı teatrların fəaliyyətinə heç bir maneə törətmir. Müğənnilər ilə aktyorlar, aktrisalar bir deyillər. İstər Məhərrəm, istərsə də Ramazan ayında hər həftə tamaşalar keçirilir".
Müğənni Mətanət Əsədova Ramazan ayında hamı kimi davrandığını qeyd edib:
1189961(12).jpg (32 KB)
"Bu ayda hamı necədirsə, biz də eyniyik, fərq yoxdur".
Müğənni Türkan Vəlizadə isə sadəcə, ölkə xaricində konsertdə olduğunu söyləyib.
1189961(18).jpg (42 KB)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar