Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zabuxda ilk tibb məntəqəsi açıldı

Tarix: 13-03-2024 17:07     Baxış: 3128 A- / A+


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Laçın rayonu Zabux kənd həkim məntəqəsinin açılışı olub.
Manevr.az xəbər verir ki, açılış mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul şəxsləri, Laçın Rayon Mərkəzi Xəstəxanasına direktoru Orxan Cəbrayıl, “Laçın Abadlıq Xidməti” MMC-nin direktoru Nəsimi Ağayev, kənd icra nümayəndəsi, sakinlər, ziyalılar və tibb işçiləri iştirak ediblər.
Laçın Rayon Mərkəzi Xəstəxanasına direktoru Orxan Cəbrayıl qeyd edib ki, Zabux kənd həkim məntəqəsi modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzindən əlavə olaraq Zabux kəndinə inşa olunan ilk tibb ocağıdır:
"2023-cü ilin may ayından Böyük Qayıdışa dair Dövlət Proqramı əsasında Laçın Rayon Mərkəzi Xəstəxanası və Laçın Ailə Sağlamlıq Mərkəzi olaraq Laçında fəaliyyət göstəririk. Bu gündən üçüncü müəssisə fəaliyyətə başlayacaq. İlkin tibb məntəqəsində beş nəfərdən ibarət Zabux kənd sakini fəaliyyət göstərəcək".

Manevr.ax

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar