Xəbər lenti
"Azərbaycanla Qazaxıstanın sıx işbirliyi Türk dünyasının inteqrasiyasına da təsir göstərəcək" - Millət vəkili
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edən bir mərhələyə təsadüf etdi. Səfər zamanı verilən qarşılıqlı bəyanatlar, eyni zamanda, imzalanan sənədlər iki qardaş ölkənin gələcək işbirliyinə, müttəfiqliyin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.
Manevr.az bildirir ki, bu fikirləri Qazaxıstan Prezidentinin Azərbaycana səfəri haqqında fikirlərini Türküstan.az-a bölüşən Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili qeyd edib ki, müstəqillik qazandıqdan sonra qardaş dövlətlər arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində daim inkişaf edən münasibətlər olub: “Son illərdə isə bu münasibətlər daha gerçəkçi və effektiv forma almaqdadır. Münasibətlərin bu səviyyəyə gəlməsində sözsüz ki, dövlətlərin ümumi maraqları, eyni zamanda, dövlət rəhbərlərinin şəxsi iradəsi, onlar arasında olan dostluq, qardaşlıq münasibətləri də mühüm rol oynayır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki çıxışında ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin artırılacağını bəyan etdiyini xatırladan A.Məmmədov Qazaxıstanla əməkdaşlığa həm də bu prizmadan baxmaq lazım olduğunu deyib: “Qazaxıstan da Azərbaycan kimi Türk dövlətləri arasında inteqrasiyaya, ümumtürk birliyinin formalaşmasına daim dəstək verir, təşəbbüsçü rolda çıxış edir. Bu baxımdan, Azərbaycanla Qazaxıstan arasında sıx işbirliyi ortaq qurumların hərəkətliyinə öz təsirini göstərəcək.”
Azərbaycan və Qazaxıstan qardaş, strateji tərəfdaş olduğunu deyən millət vəkili işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası qardaşlıq münasibətlərinin rəmzi kimi dəyərləndirib: “Torpaqlarımız işğaldan azad ediləndən sonra bölgədə aparılan yenidənqurma işlərində qardaş ölkələr də töhfə verməkdədirlər. Türkiyə, Özbəkistanla yanaşı, Qazaxıstan dövləti tərəfindən Füzulidə Uşaq Yaradıclıq Mərkəzinin istifadəyə verilməsi bu mənada rəmzi xarakter daşıyır. Cənab Prezident Kasım-Jomart Tokayev öz çıxışında bildirdi ki, Qazaxıstan xalqı Azərbaycan torpaqlarının işğaldan azad olunmasına çox sevinir. Bu səmimi mesaj bütün qazax xalqının fikrinin ifadəsidir. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. İnanırıq ki, bundan sonra bu əməkdaşlıq münasibətləri daha da inkişaf edəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar