Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan hərəkət edir, haradasan? -Paşinyanla müdafiə naziri arasında şok yazışma

Tarix: 13-03-2024 10:21     Baxış: 4213 A- / A+
 
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş müdafiə naziri Arşak Karapetyanla yazışmalarını sosial mediada dərc edib.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında Karapetyanın Azərbaycan qoşunlarının Ermənistan istiqamətində hərəkəti haqda ona məlumat vermədiyini açıqlayıb.

“Arşak Karapetyan ən qısa müddətdə xidmət edən müdafiə naziridir. 2021-ci ilin may hadisələrində o, Baş Qərargah rəisinin birinci müavini, noyabr hadisələrində isə müdafiə naziri idi. Mən onu işdən çıxarmaq qərarına gəldim. 2021-ci ilin 14 noyabrında səhər saatlarında o bildirdi ki, sərhəddə sakitlikdir, halbuki o, bu məlumatı verən zaman Azərbaycan qoşunları hərəkətə keçmiş, bir sıra mövqeləri tutmuşdu. Ya məlumatı yox idi, ya da məlumat vermədi”, - Paşinyan bildirib.

Karapetyan Paşinyanın iddialarını rədd edib, bunun yalan olduğunu deyib. Qeyd edib ki, həmin gün o, Dubayda olub.

“Orada mühüm görüş nəzərdə tutulmuşdu, həmin görüşə getdim. Ermənistanın silah alması, bəzi silah növlərinin idxalı ilə bağlı problemlərimiz var idi. Söhbət hücum dronlarından gedir. Vəziyyəti bildirməyə fiziki imkanım yox idi. Həmin məruzəni müdafiə nazirinin yerində qalan, nazir funksiyasını yerinə yetirən etməli idi”, - o bildirib.

Bu cavabdan sonra Paşinyan Karapetyanla yazışmalarını sosial şəbəkələrdə dərc edib.

Erməni baş nazirin “Arşak Karapetyanın yalanının ifşası” sözləri ilə paylaşdığı yazışma 2021-ci ilin 14 noyabr tarixinə aiddir. Karapetyan səhər saat 09:38-də Paşinyana səsli mesaj göndərib:

Cənab baş nazir, sizə can sağlığı arzulayıram. Bizdə hər şey normaldır.

Paşinyan saat 16:12-də Karapetyana yazır:

- Haradasan?

Saat 16:39-də əlavə edir:

- Məsuliyyətsiz iş ortaya çıxdı.

Saat 18:26-da yazır:

- Ciddi söhbətimiz olacaq.

Saat 18:58-də qeyd edir:

- Baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verməlisiniz.

Karapetyan Paşinyanın mesajlarına cavab verməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar