Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Ermənistan bizə 4 yox, 334 kənd qaytarmalıdır" - Tofiq Zülfüqarov

Tarix: 12-03-2024 21:39     Baxış: 3175 A- / A+

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın tələb etdiyi 4 kəndi qaytarmağın mümkün olmadığını bildirib.
O qeyd edib ki, Tavuş bölgəsindəki 4 kəndin qaytarılmasından söhbət belə gedə bilməz. Ermənistanın baş naziri həmçinin iki ölkə arasında delimitasiya prosesinin Tavuş bölgəsindən başlanmasını təklif edib.
Manevr.az-ın xəbərinə görə, Paşinyanın son açıqlamalarını Bakupost.az -a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfiqarov bildirib ki, Ermənistan 2018-ci ildən bəri bu cür həmlələrdən istifadə edir:
"Bu növbəti təxribat xarakterli addımlardan biridir. Buna ciddi yanaşmaq lazım deyil. Ermənistan belə variantlardan çox istifadə edib. Demək olar ki, onun bütün açıqlamaları bir-birinə zidd olub. Ümumiyyətlə, təkcə Paşinyanın deyil, bütövlükdə Ermənistanın bütün siyasi qurumlarının yetkil fikir və mövqeyi yoxdur".
T.Zülfüqarov qeyd edib ki, Sovet İttifaqının dağıldığı ilk vaxtlarda Alma-Ata bəyannaməsinin prinsiplərindən imtina edən Ermənistanın bu gün həmin sənədi əsas götürməyə haqqı çatmır:
"Ermənistanın bu imtinası qanuni şəkildə sənəd üzərində təsdiqlənib. Paşinyanın müxtəlif dövrlərdə keçirdiyi konfranslara nəzər salsaq, görərik ki, onun heç bir bəyanatı digəri ilə uyğun gəlmir. Əvvəlcə 1975-ci ilin xəritəsini əsas götürən Paşinyan sonradan heç yerdə olmayan rəqəmləri səsləndirirdi. Məsuliyyətsiz və reallıqdan uzaq bəyanatların məqsədi onun öz siyasi mövcudluğunun ömrünü uzatmaqdan başqa bir şey deyil".
Ermənistan Azərbaycana məxsus kəndləri geri qaytarmaqdan qəti şəkildə imtina edəcəyi təqdirdə iki ölkə arasında hərbi toqquşma baş verə bilərmi?
Bu suala cavabında Tofiq Zülfüqarov bildirib ki, iki dövlət arasında danışıqlar aparılmalı və Ermənistan kəndləri qaytarmalıdır:
"Hazırda Azərbaycan diplomatik baxımdan elə bir mövqe sərgiləyir ki, bu məsələ yalnız danışıqlar zamanı müzakirə olunmalıdır. Azərbaycanın tam hüququ var ki, bolşevik Rusiyası ölkəmizi işğal edərkən qüvvədə olan xəritələrin əsas götürülməsini tələb etsin. Əslinə baxılarsa, Ermənistan bizə 4 yox 334 kənd qaytarmalıdır".
Paşinyanın delimitasiya prosesinin Tavuşdan başlaması, kommunikasiyaların bu bölgədən keçməsi haqda təkliflərinə gəlincə, sabiq xarici işlər naziri bildirib ki, Ermənistan ilk növbədə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:
"Paşinyan yalnız bundan sonra yeni kommunikasiyalardan danışa bilər. İlk növbədə Zəngəzur dəhlizi açılmalı və bundan sonra iki dövlət danışıqlara getməlidir"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar