Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

XIV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunda olublar -ŞƏKİLLƏR

Tarix: 12-03-2024 14:10     Baxış: 3276 A- / A+
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mühüm layihələrindən olan “Sabahın liderləri: gənclər “sivilizasiyaların toqquşması”na qarşı” mövzusunda təşkil olunan XIV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.
Aİİ rektoru, dosent Aqil Şirinov Qış məktəbinin iştirakçılarına Azərbaycanda mövcud olan dinlərarası harmoniya, həmçinin ali təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyini qeyd edən rektor ölkəmizdə mövcud dinlərarası harmoniyadan bəhs edib. A.Şirinov Azərbaycanda tarixən müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin birlikdə sülh şəraitində yaşadıqlarını vurğulayıb. Ölkəmizin dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri, eyni zamanda, məzhəblərarası münasibətlər baxımından dünyaya nümunə olduğunu diqqətə çatdırıb. A. Şirinov daha sonra ali təhsil müəssisəsinin yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, İnstitutda xüsusilə “Dinşünaslıq” ixtisasında İslamla yanaşı, digər dinlər haqqında kifayət qədər geniş məlumatlar verilir. Bu məlumatların normativ deyil, deskriptiv yolla tədris olunduğunu vurğulayıb. O, magistratura səviyyəsində müxtəlif dinlərlə bağlı olan ixtisaslaşmalar haqqında da məlumat verib.

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar