Xəbər lenti
Qanunverici orqan öz üzərinə düşən missiyanı böyük uğurla icra edib – Millət vəkili
2020-ci ilin fevral ayının 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi mühüm tarixi dövrü əhatə edirdi. Bu ölkəmizdə aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların təzahürü idi. Çünki ölkədə aparılan dərin islahatlar konsepsiyası Ali Qanunverici Orqandan yan keçə bilməzdi. Ona görə də, islahatları dərinləşdirmək üçün vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək vacib hesab edilirdi.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi, Prezident İlham Əliyevin islahatlar kursunun davamı idi: “Sözsüz ki, Ali Qanunverici Orqana keçirilən növbədənkənar seçkilər ölkəmizdə həyata keçirilən genişmiqyaslı və hərtərəfli islahatların daha da dərinləşməsinə xidmət edirdi. Bu eyni zamanda Milli Məclisin işinin təkmilləşdirilməsinə və yeni tərkibdə təşkil edilməsinə yönəlmiş bir addım idi. Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak edib və nəticədə çoxpartiyalı parlament formalaşıb. Bu da ölkədə siyasi plüralizmin parlamentdə də açıq şəkildə yer almasına, təşviqinə yönəlmiş bir konsepsiyadır”.
Deputat deyib ki, dörd il öncə Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə oldu: “VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı ölkəmizdə aparılan islahatların uğurla davam etdiyini nümayişi olmaqla qanunverici hakimiyyətin təmsilçisi olan Milli Məclisin, bu islahatların həyata keçirilməsində öz töhfəsini verəcəyinə əminliyi ifadə edirdi. Dövlət başçısı həmin çıxışında bildirdi ki, “…növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir”.
Aqil Məmmədov hesab edir ki, yenidən formalaşmış olan Ali Qanunverici Orqan ötən dörd il ərzində ölkənin ictimai-siyasi həyatında özünəməxsus yer tutub: “2020-ci ilin 9 fevral seçkilərində ölkədə mövcud olan bütün siyasi qüvvələrin iştirak etməsi nəticəsində formalaşmış çoxpartiyalı parlament Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi işində daha böyük rol oynadı. Son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub”.
Millət vəkili vurğulayıb ki, yeni formalaşan parlamentin ilk fəaliyyəti dünyada tuğyan edən pandemiya dövrünə təsadüf edib: “Məhz parlament tərəfindən pandemiya şəraitində davranış, onlayn rejimli fəaliyyət təcrübəsinin tətbiqi mühüm önəm kəsb etdi. Eyni zamanda 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri dövründə də Qanunverici Orqan öz üzərinə düşən missiyanı böyük uğurla icra etdi. Bu gün Cənubi Qafqazda yeni bir dövr formalaşaıb. Bu dövrün və reallığın müəllifi güclü qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Ölkəmizlə bağlı həqiqətlərinin dünyanın qanunverici orqanlarına çatdırılmasında, parlament diplomatiyasının aktiv şəkildə rolu olduqca böyükdür. Post-müharibə dövründə də Azərbaycan reallıqlarının təbliği ilə bağlı parlament öz işini müasir tələblər səviyyəsində qura bilib”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar