Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xəstəxanaya özü gələn nazirimizin ürəyi niyə dayandı?

Tarix: 05-06-2017 17:20     Baxış: 5353 A- / A+
Xəstəxanaya özü gələn


Azərbaycanın Energetika naziri Natiq Əliyevin səhhətinin ağırlaşması ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Manevr.az lent.az-ın məlumatına görə bildirir ki, iyunun 3-də ürəyindəki ağrılardan şikayətlənən nazir Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Xəstəxananın rəhbərliyinin nəzarəti ilə öz ayaqları ilə xəstəxanaya gələn nazirin müayinə olunmasına başlanılıb və o, palataya yerləşdirilib. Müayinə zamanı Natiq Əliyevin ürək aortasında tıxanma kəskinləşib və ürək fəaliyyətini dayandırıb. Təxminən 3 dəqiqəlik gərgin iş nəticəsində onun ürəyinin fəaliyyəti bərpa edilib və ürək damarlarına 4 stend qoyulub.

Xəstəxanaya daxil olandan 5 saat sonra Natiq Əliyev Kardio-reanimasiya şöbəsinə yerləşdirilib. Həmçinin vəziyyətlə bağlı yerli və xarici mütəxəssislərdən ibarət konsilium təşkil edilib. İyunun 4-də qərara alınıb ki, nazir Türkiyədə ixtisaslaşmış xəstəxanaya göndərilsin.

Dünən günorta saatlarında xüsusi təyyarə və bütün hazırlıq tədbirləri yekunlaşdırılıb. Lakin mövcud riskləri də nəzərə alaraq onun səhhətinin bir qədər də normallaşması, həmçinin, özünün də rəyinin alınması lazım bilinib və bir qədər gözləmək qərara alınıb. İyunun 5-nə keçən gecə Natiq Əliyev Türkiyəyə yola salınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar