Xəbər lenti
Qənirə Paşayeva mükafata layiq görüldü
İraq türkmənləri millət vəkili Q.Paşayevanı ”İraq türkmənlərinə və türk dünyasına xidmət” ödülü ilə mükafatlandırıb.
Manevr.az xəbər verir ki, mükafatı İraq Türkmən Yazarlar Birliyinin sədri Fevzi Əkrəm Terzi və Türkiyə Baş nazirinin sabiq müavini, Ankara millət vəkili Əmrullah İşlər təqdim edib.
Fevzi Əkrəm Terzi və tədbirin aparıcısı, Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Küzeci Q.Paşayevanın türk dünyasının birliyi istiqamətində çalışmalarını və İraq türkmənlərinə göstərdiyi dəstəyi xüsusi vurğulayıb.
Onlar Qənirə Paşayevanın “İraq türkmənlərinə və Türk Dünyasına xidmət” ödülünü Azərbaycanla İraq türkmənləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi dəstəyə, İraq türkmənləri ilə bağlı həqiqətlərin yayılmasındakı fəaliyyətinə və İraq türkmənlərinin hüquqlarını müdafiəsi istiqamətindəki çıxışlarına görə layiq görüldüyünü bildirib.
“İraq türkmənləri canı canımızdan, qanı qanımızdan qardaş-bacılarımız, soydaşlarımızdır”, - deyən və mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva İraqda yaşayan soydaşlarımızla Azərbaycan arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyini, ədəbi və elmi əlaqələrin güclənməsi, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin önəmini qeyd edib.
Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Q.Paşayeva Fevzi Əkrəm Terzi ilə görüşündə İraqdakı soydaşlarımız və onlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələr ətrafında fikir mübadiləsi aparıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar