Xəbər lenti
“8 Martda müəllimlərə hədiyyə verilməsinə aqressiv yanaşmamalıyıq" - EKSPERT
Müəllimlərə hədiyyə verilməsi ilə bağlı fikirlər birmənalı deyil. Bəziləri bunun rüşvət olduğunu düşünür, digərləri sadəcə hədiyyə olduğunu deyir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlərə çağırış edib. Direktor bildirib ki, müəllimlər üçün əsas dəyər şagirdlərin nəticələridir.
"Bununla məhdudlaşsaq, heç kimi narazı salmarıq. Əgər hər hansı neqativ hal müşahidə edilsə, qabaqlayıcı tədbirlər görüləcək", - o qeyd edib.
Bəs 8 Martda müəllimlərə hədiyyə verilməsi necə qiymətləndirilməlidir?
Manevr.az-ın məlumatına görə, mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov deyir ki, Klara Setkin və Roza Lüksemburq bilsəydilər ki, 8 mart bu qədər nüanslara səbəb olacaq, bu günün təsis edilməsi üçün heç bu qədər mücadilə etməzdilər:
“Hər il olduğu kimi bu dəfə də 8 Mart "Beynəlxalq Qadınlar Günü" ərəfəsində neqativ hallara yol verilməsinin qarşısının alınması məqsədilə Nazirliyin əlaqədar Agentliyi tərəfindən təlimat məktubu hazırlanıb, Bakı Şəhəri üzrə Təhsil idarəsi və Regional təhsil idarələrinin qarşısına öhdəliklər qoyulub, məktəbdə yaranacaq hər bir neqativ hala cavabdeh olduqları onların diqqətinə çatdırılıb. Neqativ hal dedikdə çox ehtimal ki, müəllimlərə hədiyyə verilməsi, hədiyyə alınması məqsədi ilə valideynlər tərəfindən pul yığılması və digər xoşagəlməz hallara yol verilməməsi nəzərdə tutulur. Bu kimi profilaktik təlimatlar lazımdır və vacibdir. Ağ xalat ləkə götürmədiyi kimi, ən müqəddəs peşə sahibi olan müəllim nüfuzu da ləkə götürməməlidir. Qeyd edim ki, təhsil şöbəsində və paytaxtın baş təhsil idarəsində çalışarkən dəfələrlə 8 martla bağlı ərizə və şikayətləri araşdırmalı olduq. Hətta müəllimə ucuz hədiyyə aparan şagirdə “Bunu apar anana ver!” deyən müəllimlərə də rast gəldik. Bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət, sayğı göstərdiyimiz kimi, ciddi səylər, böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlayaq, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməyək”.
Nadir İsrafilov hesab edir ki, günümüzdə açıqca ilə müəllimi sevindirmək yox, ancaq heyrətləndirmək olar:
“O vaxtlar nə “Qaynar xətt”, nə sosial şəbəkələr, nə şikayət xarakterli müraciətlər, nə də “Ölkədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir” kimi xəbərdarlıqlar var idi. Müəllimi təbrik etməyi, sanki, hər kəs özünün mənəvi borcu hesab edir, özündə onun borcundan çıxmaq kimi bir yüngüllük hiss edirdi. Adi üç qəpiklik bir “otkrıtka” hörməti və diqqəti simvolizə edirdi. Lakin bu keçmişdə idi, bu günün reallıqlarında yox.
Gəlin, heç olmasa məktəblərimizdə kişi müəllimlərin qeybə çəkildiyi, təlim-tərbiyə vəzifələri ilə bağlı yükün bütün ağırlıqlarının qadın müəllimlərimizin üzərinə düşdüyü bir vaxtda qadın müəllimə müəllim kimi baxmasaq da, heç olmasa qadın kimi baxaq. Hədiyyə məsələsinin üzərinə bu dərəcədə aqressiv getməyək. Bəlkə də, həmin gün diqqətə və qayğıya, onu sevən və qiymətləndirən şagird və valdeynlərinin ona sayğı və ehtiram göstərməsinə ehtiyacı olan elə qadın müəllimdir. Niyə bir günlük də olsa, onu bu sevincdən və məmnunluq hissindən məhrum etməliyik. Əgər, kimsə müəllimini təbrik etmək istəyirsə, niyə də etməsin? Bəlkə də, “Müəllim günü”nün təsis edilməsinin başlıca məqsədlərindən biri elə, cəmiyyəti, geniş ictimaiyyəti müəllimə olan diqqət və ehtirama dəvət etmək olub?"
Təhsil eksperti onu da vurğulayıb ki, könüllü hədiyyə verməklə, məcburi hədiyyə tələb etmək ayrı-ayrı, bir-birindən fərqli məfhumlardır:
"O ki qaldı valideyn komitələri tərəfindən qrup halında və ya fərdi qaydada müəllimlərə hədiyyə almaq üçün pul toplamaları barədə, instaqram və digər sosial şəbəkə yazışmaları və məsləhətləşmələrinin qarşısının alınması üçün məktəbin nə kimi imkanlara malik olmasına, məktəb hələ ki, bu istiqamətdə valideynlər arasında maarifləndirmə işi aparmaqdan başqa digər təsir mexanizmlərinə sahib deyil”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar