Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadınlar cəmiyyətin aparıcı qüvvəsi kimi sülhə, inkişafa hər zaman vacib töhfə verir – Millət vəkili

Tarix: 07-03-2024 13:35     Baxış: 4183 A- / A+


Tarix boyu Azərbaycan xalqı qadına böyük dəyər vermiş, cəmiyyət həyatının ən müxtəlif sahələrində qadınlar hər zaman öndə olmuşdur. Dövlətçilik tariximizə, ədəbiyyat və mədəniyyət tariximizə baxdıqda, bu həqiqəti görə bilirik.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan qadınlarının Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanması da tarixi ənənənin davam idi: “Dünya tarixində qadın hərəkatı uzun, ağrılı-acılı yol keçib. Bu gün də, bir sıra cəmiyyətlərdə qadınların haqları, hüquqları tapdalanır. Bəzən bu münasibəti din, məzhəb adı altında həyata keçirirlər. Lakin, Azərbaycan xalqı dünyanın işıqlı toplumlarından biri olaraq qadına münasibətdə öz fərqliliyi ilə seçilib. Bu isə ölkəmizin, xalqımızın dünyadakı nüfuzunu şərtləndirən amillərdən biridir. Biz hər yerdə fəxrlə deyirik ki, hələ bir sıra Qərb ölkələrində qadınlara səsvermə hüququ verilmədiyi dövrdə, Azərbaycanda bu hüquq tanınıb.

Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Millət vəkilinin sözlərinə görə, istər sovet illərində, istərsə müstəqillik dövründə Ulu öndər Heydər Əliyevin hakimiyyəti zamanında hər zaman qadına yüksək dəyər verilmiş, qadınlar dövlət idarəçiliyində irəli çəkilmişdir: “Dövlət müstəqilliyimizin bərpasından sonra da bu proses davam etdirildi. Azərbaycan qadınları ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti Azərbaycan qadının nüfuzunu, onun cəmiyyətdəki yerini, rolunu daha da artırıb.

Bu mənada ölkəmizin birinci vitse-prezidenti və “yumşaq güc”ün rəmzi olan Mehriban xanım Əliyevanın fəaliyyəti əsl şərq qadınının ən parlaq nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir”.

Aqil Məmmədov bildirib ki, 30 illik erməni işğalı yüzminlərlə qadınlarımıza ağılasığmaz dəhşətlər yaşadıb: “Qadınlarımız ev-evşiklərindən qaçqın düşüb, girov götürülüb, övlad itirib, ailə başçısını, yaxınlarını itirib. Ağır şəraitdə, çadır şəhərciklərində, yataqxanalarda övlad böyüdüb. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirlərində qazandığımız tarixi zəfər bir xalq olaraq yaşadığımız bu məşəqqətləri də arxa plana keçirdi. Hesab edirəm ki, bu gün Azərbaycan qadınları üçün ən ali hədiyyə, təbrik də məhz qazandığımız zəfərdir. Belə bir gündə mən şəhid analarımızı, şəhid xanımlarını, artıq keçmiş köçkün hesab olunan ana-bacılarımızı təbrik edirəm, onlara gözəl günlər arzulayıram”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar