Xəbər lenti
“Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” - YENİ KİTAB

MDU-də gedən yeni quruculuq işləri, müasir dövrün tələblərinə uyğunlaşmaq universitet kollektivinin qarşısında qoyduğu gələcəyin yol xəritəsidi. Universitetdə hal-hazırda təbiət elmləri, texniki elmlər, ictimai elmlər və humanitar elmlər tədris olunur.Burada ən qabaqcıl elmi proqramlardan istifadə edilir. Tələbələrə müasir texnologiyalardan istifadə etməyə şərait yaradılıb. İndi “Elektron Universitet” modelinin MDU-də tətbiqinə hazırlaşırlar.

Universitet dünyanın tanınmış universitetləri ilə sıx əlaqə yaradıb. ABŞ, Çin, Rusiya, Hindistan, Litva, Qığızıstan Koreya, İspaniya və başqa ölkələrin universitetləriylə tələbə, müəllim mübadiləsi edilir. Bu təhsil ocaqları ilə bir sırada durmaq üçün onların təcrübələrindən yararlanmağa çalışır. Dünyanın bu universitetləriylə əməkdaşlıq sayəsində regionun nüfuzlu universitetinə çevrilib.
Dördüncü sənaye inqilabı, süni intelekt və blokçeyn texnologiyaları dövründə universitet dünya səviyyəli tələbələr hazırlayır. MDU-nin müəllimlərinin, tələbələrinin səsi müxtəlif elmi konfranslardan gəlir.
MDU-i Azərbaycanda “Erasmus +” mübadilə layihəsinin ilk region universitetidi. Hesabatdan göründüyü kimi universitetdə iqtisadiyyatı, mühəndisliyi, pedaqoji profilləri əhatə edən 31 ixtisas (bakalavriat), 15 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Universitetin bu gün 320-dən çox əməkdaşı var.210 professor-müəllim heyətindən 5 elmlər doktoru, 62 fəlsəfə doktoru elmi dərəcəsi, 4 nəfər professor, 39 nəfərin isə dosent elmi dərəcəsi var.
MDU bütün nazirliklərlə əlaqə saxlayıb əməkdaşlıq edir.
Universitet şəhid ailələri ilə də daim əlaqə saxlayır.İmkan dairəsində onların işlə də təmin olunmasına kömək edilir.Universitetin tələbələrindən 44 günlük Qarabağ müharibəsində döyüşənlər var. Bu tələbələrə də qayğı ilə yanaşılır. Məzulların son talehi universitetin diqqət mərkəzindədi.
“Azərbaycan müəllimi” qəzetində yazılan məqalələrin kitab halına salınmasında məqsəd, universitetdə olan şəffaflığı ictimaiyyətə çatdırmaqdı.Bu həm də universitetə dövlətin necə dəstəyini göstərməkdi.
Kitab çox sadə dildə yazılıb. Azərbaycan dilinin qaydaları yerli-yerində işlədilib. Oxucular kitabda mürəkkər terminlərlə qaşılaşmayacaqlar. Mənə elə gəlir ki, kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq.
Uğurlar olsun, MDU!

Məmməd Sarıyev
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar