Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda yeni metro bu ərazidə olacaq - Tarix bəlli oldu

Tarix: 05-03-2024 10:05     Baxış: 4168 A- / A+


 
Bakı metropoliteninin "bənövşəyi” xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb. Bu barədə ötən il "Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, şərti olaraq "B-04” adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında – Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.
Avtomobil yolunun hər iki tərəfi nəzərə alınmaqla dörd istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaatın norma və qaydalarına uyğun – sonuncu mərhələdə yerinə yetiriləcək.
Bəs hazırda tikintisi gedən stansiyada işlər hansı yerdədir və bu stansiyanın açılışı nə zamana planlaşdırılır?
Manevr.az bildirir ki, məsələ ilə bağlı danışan "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov referans.az-a açıqlamasında bildirib ki, şərti olaraq "B-04” adlandırılan stansiyanın tikintisi sürətlə davam edir:
"Qazıntı işləri tam başa çatıb, keçidlərin inşası davam edir. Qazıntıdan geriyə qalan keçidlərin inşasıdır, bu da tikintinin norma və qaydalarına uyğun olaraq sonuncu mərhələdə olur. Stansiya 4 səviyyədən ibartədir, hər mərtəbədə son tamamlama işlərinə başlanılıb. Yəni bundan sonrakı dövrdə divar, döşəmə örtüyünün təmizlənməsi və üzlüyün vurulmasına hazır vəziyyətə gətirilməsi işləri gedir. Növbəti mərhələdə üzləmə işləri aparılacaq. Eyni zamanda artıq infrastrukturun qurulması ilə bağlı bir sıra addımlar da atılıb, çünki platformalar da qurşadırılıb. Stansiyanı "8 Noyabr”la bağlayan yollar da artıq çəkilib”.
Metropoliten rəsmisi qeyd edib ki, hazırda gedən proseslərlə bağlı heç bir problem yaşanmazsa, şərti adı "B-04” olan stansiyanın tikintisi 2025-ci ildə başa çatacaq.
Onun sözlərinə görə, eskalatorların və liftin quraşdırılması, elektrik təchizatı, hərəkətin təşkili sistemləri, havalandırma və digər bu kimi məsələlərin həlli istqamətində addımlar atılır:
"Stansiyada bir səviyyədən digərinə keçmək pilləkənlər və 19 eskalatorla mümkün olacaq. Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb. Onların xidmətinə 3 lift veriləcək. Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır”.
Xatırladaq ki, "B-04”, Bakı metropoliteninin 28-ci, xəttin isə 5-ci stansiyası olacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar