Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat seçicilərinə hesabat verdi -ŞƏKİL

Tarix: 04-03-2024 12:12     Baxış: 3199 A- / A+


44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin, Elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli seçicilərinə müraciət edib:

"Hörmətli seçicilər, Sumqayıt -Xızı seçki dairəsi üzrə deputat seçildiyim 4 il  müddətində vətəndaş qəbulu, vətəndaş müraciətləri və mətbuatda çıxışlarımla bağlı hesabatı diqqətinizə çatdırıram.
Məlumat üçün bildirək ki, bu müddət ərzində bizə ümumilikdə 1277 nəfər müraciət etmiş, onlardan 488-i yazılı, 789-u isə şifahi olmuşdur. Vətəndaşlar əsasən səhiyyə, məşğulluq, sosial müdafiə məsələləri, təhsil, məhkəmə və s. mövzularda müraciət etmişlər. Hər bir  müraciətə həssaslıqla yanaşılaraq köməklik göstərilməsi üçün aidiyyəti qurumlara göndərilmiş və ya işçi qaydada əlaqə saxlanılmışdır. 
Ötən dörd il müddətində müxtəlif media vasitələrində ümumilikdə 14392 münasibət, açıqlama, müsahibə və s. tipli çıxışlar olmuşdur. Eyni zamanda Milli Məclisin plenar və komitə iclaslarında  vətəndaşlarımızın  müraciətləri əsasında müxtəlif dövrlərdə təkliflər irəli sürülmüş, qanunvericiliyin daha da təkmilləşdirilməsi yönündə fikirlər səsləndirilmişdir.
Qeyd: Hesabat 10.03.2020 tarixindən 29.02.2024-cü ilədək olan dövrü əhatə edir, deyərək deputat vurğulayıb.

Nigar Nəriman

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar