Xəbər lenti
"Dünyanı təhdid edən fəsadlara qarşı birgə mübarizə qaçılmazdır” - Millət vəkili
Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi zamanı ölkəmizdə keçiriləcək COP29la bağlı fikirlərini çatdırıb. Azərbaycanın iqlim dəyişiklikləri ilə bağlı qarşılaşdığı risklər, qlobal iqlim dəyişiklikləri ilə əlaqədar birgə fəaliyyətin zəruliyini diqqətə çatdırıb.
Manevr.az bildirir ki, Azərbaycan Prezidentinin “Euronews”ə müsahibəsində qeyd etdiyi məsələlərlə bağlı fikirlərini Turkustan.az-a açıqlayan Milli Məclisin deputatı Aqil Məmmədov qeyd edib ki, ölkəmiz enerji məhsullları istehsal və idxal edən ölkə olsa da, qlobal tarazlığın qorunması üçün hər zaman töhfəsini verməyə hazırdır: “Cənab Prezidentin də qeyd etdiyi kimi, “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”. Azərbaycan Prezidenti müsahibəsində iqlim dəyişiklikləri və qlobal istiləşmə səbəbindən ölkəmizin qarşılaşdığı fəsadları dilə gətirdi. Bu fəsadlar çaylarda suların azalması, qar yağıntısının azalması, Xəzərə tökülən su mənbələrində suyun azalması səbəbindən bu böyük su hövzəsində suyun səviyyəsinin aşağı enməsi, içməli su mənbələrinin azalması artıq, öz fəsadlarını göstərməkdədir. Bütövlükdə dünyanı təhdid edən bu fəsadlara qarşı birgə mübarizə, əlaqələndirilmiş fəaliyyət qaçılmazdır”.
Millət vəkili bildirib ki, Azərbaycan yeni dövrdə həyata keçirdiyi layihələrdə artıq təbi mühitin qorunması, yaşıl enerjiyə keçid məsələlərini prioritet kimi müəyyyənləşdirib: “Ölkə Prezidenti müsahibəsində qeyd etdi ki, Azərbaycan bu sahədə artıq mühüm yolu qət etməyə başlayıb. Ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir.İşğaldan azad edilmiş bölgələrdə aparılan infrastruktur işlərində də bu amil öndə tutulur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar