Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda “Kəskin daşlı xolesistitin müalicəsində müasir yanaşmalar” mövzusunda konfrans keçirilib - Şəkillər

Tarix: 03-03-2024 16:25     Baxış: 3381 A- / A+

Sumqayıtda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Almazakademi Tibbi Treyninq Mərkəzi, TƏBİB və Sumqayıt Tibb Mərkəzinin təşkilatçılığı ilə “Kəskin daşlı xolesistitin müalicəsində müasir yanaşmalar” mövzusunda konsensus konfransı keçirilib. 

Manevr.az xəbər verir ki, tədbir iştirakçıları öncə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Müxtəlif ixtisaslı həkimlərin iştirak etdiyi konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, deputat Müşfiq Məmmədli çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. 
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov çıxışında bildirib ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. 
Qeyd edib ki, son illər bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər həyata keçirilib. 
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən, həyata keçirilən cərrahi əməliyyatlardan bəhs edib. Vurğulayıb ki, bu kimi konfransların təşkili səhiyyənin daha da inkişafına öz töhfəsini verəcək.
Konfrans M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsağın cərrahlığı şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov tərəfindən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında icra edilərək 300-ə yaxın iştirakçı üçün zala translyasiya edilən canlı cərrahiyyə ilə işinə başlayıb. 
Plenar iclasla davam edən konfransda professorlar Qurbanxan Müslümov, Rəşad Mahmudov, İslam Mahalov, tibb üzrə fəlsəfə doktorları Emil Muxtarov, Fərid Rəfiyev, Nicat Alışov və Cavanşir Vahabov tərəfindən tibbin müxtəlif sahələrini əhatə edən təqdimatlar edilib və  iştirakçılarla bərabər səmərəli müzakirələr təşkil edilib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar