Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

“İkinci cəbhə açılır, müharibə elan edilə bilər” - Marqaryan

Tarix: 02-03-2024 16:30     Baxış: 3164 A- / A+

Avropa Parlamentinin son qətnamələrə Azərbaycana kiçik təzyiq vasitəsidir, işlək olmayacaq.
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni politoloq Ruben Marqaryan deyib.
“Bu qətnamələrin heç bir nəticəsi olmayacaq, elə qətnamə kimi də kağız üzərində qalacaq. Avropa Birliyi bu sanksiyaları tətbiq etməyəcək, çünki buna ehtiyac görmürlər. Üstəlik, Ermənistan da bunda xüsusi israr etmir, əksinə, sülh müqaviləsinin bağlanmasında israrlıdır. Bu, sadəcə Avropa ölkələrinin Ermənistana növbəti mənəvi dəstəyidir, məsələ bununla məhdudlaşacaq, yaxın gələcəkdə sanksiyalardan söhbət gedə bilməz ”, - analitik vurğulayıb.
Marqaryan onu da bildirib ki, Rusiyada prezident seçkisinə sayılı günlər qalmış Baş nazir Nikol Paşinyan və spiker Alen Simonyanın Moskva əleyhinə sərt bəyanatlarının Ermənistan üçün nəticələri ağır olacaq:
“Simonyan istehza ilə söyləyir ki, Rusiya bizə nə edəcək, müharibə elan edəcək? Bəli, bəlkə də müharibə elan etməyəcək, amma Rusiyanın arsenalındakı yeganə şey budur.
Ən pisi odur ki, kiçik Ermənistan iki qlobal mərkəz arasındakı münaqişənin mərkəzinə çevrilir. Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyi barədə çox danışılır. Belə çıxır ki, ikinci cəbhə balaca Ermənistan - anti-Rusiya bəyanatları verən, amma iqtisadiyyatı Rusiyadan asılı olan ölkə olacaq. Qərb-Rusiya qarşıdurmasının növbəti mərhələsinə çevrilmək yaxşı heç nə gətirməyəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar