Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu yazı Səlim Babullaoğlunun son cavabına (hələ ki!) son reaksiyam olsun

Tarix: 29-02-2024 13:40     Baxış: 2228 A- / A+
Emil Rasimoğlu yazar,
Azərbaycan Yazıçılar Birliyinin üzvü 



Hörmətli Səlim Babullaoğlu, bu dəfə daha çox məmurcasına (və daha çox didaktika ilə!) münasibət bildirib, məni bir çox mətləbləri başa düşməməkdə “suçlamağınızın” özü hətta sizin (siz Səlim Babullaoğlunun!) özünümüdafiə xarakterli növbəti DÜŞÜNCƏ FİASKONUZdur.

Mən yazdıqlarımı (zatən bu məsələlərlə bağlı yazdıqlarımda kifayət qədər sizin məlum mövzudakı “çıxışlarınızın” və ədəbi mühitdə gedən “proseslərin” mahiyyətini yetərincə açmışam) yenidən təkrarlamadan əlavə edim... Ki bütün mətləblər (həm də “mətləblər”!) göz önündədir... və başa düşülməyəsi heç nə yoxdur. İllah da Emil Rasimoğlu üçün!

Dünyada və ölkədə gedən (getmiş!) ədəbi proseslərdən (də) gözəl xəbərdaram... Gəlin “didaktika pəncərəsi”ndən baxmağı tərgidin.

Bir sıra məsələlərə isə (xüsusən də məqsədli şəkildə növbəti reaksiyanızda özünüzə xas olmayan tərzdə) olduqca bəsit yanaşırsınız. Belə ki, hansı saytda hansı bölmənin yerləşməsini, “fəxri adlar”ın kimin səlahiyyəti çərçivəsində olmasını bir çoxları kimi təbii ki, mən də yaxşı bilirəm. Bunlar məsələlərin görünən tərəfidi, Səlim Babullaoğlu! Danışa (yaza!) bilirsinizsə məsələlərin “pərdəarxası məqamlar”ından danışın, yazın... Əks halda “intiharınızı” davam etdirməyin (Vahid Əziz mövzusuna “bəraətlər” sizi belə demək mümkündüsə, üzü günəşə sarı apara bilməz).

Mən dünənki son münasibətimdə fikirlərimin əyani izahı üçün üç şəxsin (Vaqif Bayatlının, Elza Seyidcahanın və Elmira Axundovanın) adını çəkmişdim... və əbəs yerə də çəkməmişdim.

Siz bu ölkədə, bu ədəbi cameədə rəhbərliyində təmsil olunduğunuz qurumun Elza Seyidcahana üzvlük vəsiqəsini necə (hansı “meyarlar” əsasında) verilməsini təfsilatı ilə izah etsəniz (izah etmək “gücünü” özünüzdə tapsanız!) Elmira Axundovaya da (Vahid Əzizə də) “fəxri ad”ın verilmə “sirri” bir daha aydın olacaqdır. Zatən “çıxışlarınızın” müəyyən “hissələrindən” (eləcə də “mahiyyətindən”) qismən də olsa aydın olur.

Digər tərəfdən, adlarını çəkdiyiniz şəxslərin “Xalq yazıçısı”, “Xalq şairi” fəxri adını almasını böyük şövqlə ədəbiyyat qarşısındakı xidmətlə əlaqələndirən zaman (hansı ki, onların — Vahid Əzizin, Elmira Axundovanın nə dərəcədə ciddi ədəbiyyata, sənətə aidiyyatı var, məlum məsələdir) məsələn, (çəkdiyim üç addan biri) Vaqif Bayatlının gözlərinin içinə necə baxacağınızı düşündüzmü? Yoxsa, Vaqif Bayatlının (və eləcə də bu ölkədə ciddi ədəbiyyata, sənətə xidmət edib, ədəbiyyatı, sənəti yaradan, “pərdəarxası oyunlara” qatılmayan neçə-neçə İmzanın) yazdığı ədəbiyyata, sənətə xidmət deyil?.. Təkrar edirəm; özünüzü “aldatmayın”.

Son olaraq, sizə bu kimi “intiharlardan” xilası... və daim AĞ İŞIĞI arzulayıram!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar